20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır


01.07.2021  16:38 

DİN-dən çadırda toy edənlərlə bağlı açıqlama





A+  A-

Hər hansı bir formada həyətdə, çadırda, yaşayış evində keçirilən toy mərasimlərində 50 nəfərdən artıq şəxs iştirak etməməlidir.
XəzərNews.az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyevin sözlərinə görə, yalnız 50 nəfərin iştirakı ilə bu məclislərin evdə, çadırda keçirilməsinə icazə verilir:


“Bu zaman tibbi maskalardan istifadə önəmlidir. Başqa məhdudiyyət yoxdur və insanlar bu qaydalara riayət etsinlər. Bu barədə ərazi üzrə icra hakimiyyətləri, bələdiyyələr ilə polis orqanları birgə iş aparır. Evdə keçirilən toy məclislərinə dəvət edilən şəxslərdən COVID-19 pasportu tələb edilmir. Bu səbəbdən tibbi maskadan istifadə tövsiyə edilir ki, virusa yoluxma halları müşahidə edilməsin”.

Xəbər 2189 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +