Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


19.06.2021  11:09 

İranın yeni Prezidenti seçildi - Yenilənir





A+  A-

İranın dövlət başçısı Həsən Ruhani prezident seçkilərində kimin qalib gəldiyinin artıq məlum olduğunu elan edib.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, Ruhani qalib şəxsi təbrik etsə də, onun kimliyini açıqlamayıb.

“Xalqın seçmiş olduğu şəxsi təbrik edirəm. Bu haqda rəsmi məlumat hələ elan olunmadığından, qanunu nəzərə alaraq rəsmi təbrikimi bir qədər təxirə salıram. Kimin kifayət qədər səs topladığı aydındır”, - deyə Ruhani vurğulayıb.

Artıq iki namizəd İran ədliyyəsinin rəhbəri İbrahim Rəisini qələbə münasibətilə təbrik edib. O, seçkilərdə 50 faizdən çox səslə liderdir.

Qeyd edək ki, İranda 7 nəfər prezidentliyə namizədliyini irəli sürsə də, onlardan 3-ü sonradan seçkilərdə iştirakdan imtina edib.

60 yaşlı İbrahim Rəisinin əsas rəqibləri Mohsen Rezai, Hüseyn Qazizadə Haşemi və Abdulnaser Hemmatidir.

Xatırladaq ki, ölkənin hazırkı Prezidenti Həsən Ruhani bu vəzifədə artıq ikinci dönəminin sonuna gəldiyindən seçkilərdə iştirak etmir.

***

“Mehr” agentliyi xəbər verir ki, 19 iyun yerli vaxtla saat 11:00-a qədər 28.6 milyon bülleten sayılıb. İlkin nəticələrə görə, İbrahim Rəisi 17.8 milyon, Mohsen Rezai 3.3 milyon, Abdulnaser Hemmati 2.4 milyon, Hüseyn Qazizadə Haşemi isə 1 milyon səs toplayıb.

***

“Tasnim”in yazdığına görə, bülletenlərin 90%-indən çoxu artıq sayılıb və İbrahim Rəisi ölkənin 8-ci Prezidenti seçilib.



Xəbər 3291 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +