Bir sutkada nə qədər adam yoluxub?
Tehran Mənsimova daha iki medal verildi
Ali Məhkəmədə icraat qaydası dəyişir
Laçının Qarakeçdi kəndi - VİDEO
Bu gün imtahan var
Bu gündən I siniflərə məktəb seçimi başlayır
Bu xidmətlərin məbləği təsdiqləndi
Bu qanun layihələrinə dəyişiklik edilir
Abituriyentlər əsasən hansı ixtisasları seçib?
Yoluxanlar artdı - ölənlər də var


10.06.2021  14:48 

Abel Məhərrəmovun 800 minlik borc məsələsinə aydınlıq gətirildi





A+  A-

Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun bağ evində, restoranında və istirahət mərkəzində ustaları işlədərək 800 min manat pulu ödəməməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
XəzərNews.az xəbər verir ki, dünən mediada yayılan xəbərlərdə qeyd edilib ki, məhkəmə A.Məhərrəmova qarşı iddianı təmin edib və keçmiş rektorun 800 min manatı ödəməli olduğu barədə qərar çıxarıb.

Məhkəmənin yekun qərarı ilə bağlı məlumatı dəqiqləşdirmək üçün A.Məhərrəmovun vəkili Altay Əfəndiyevlə əlaqə saxladıq.

A.Əfəndiyev bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil: “Biz çıxış edərək iddiaya etirazımızı bildirdik və arqumentlərimizlə bağlı müvəkkilimin razılığı olmadan geniş açıqlama verə bilmərəm. Hakim zalda iddianın rədd edildiyini elan etdi və sənədlərə də bu formada qeyd edilib”.

İddiaya görə, hakim zalda A.Məhərrəmovun əleyhinə qərar qəbul edildiyini bildirsə də, sonradan qərar dəyişdirilib.

Vəkil Əfəndiyev bildirib ki, belə bir halın baş verməsi mümkün deyil və yalandır.

Məhkəmə işi üzrə A.Məhərrəmovla yanaşı Nəbi Ramazanlı adlı şəxs də cavabdeh kimi prosesə cəlb edilib.

Vətəndaş İsmixan Mirzəyevin iddiasına görə, Abel Məhərrəmov Bakıda 4 mərtəbəli villanın pilləkənin, mansardın, qapıların, şəbəkənin (reşyotkanın), “besedka”nın, barın hazırlanması və quraşdırılmasına görə 90 300 manat borclu qalıb.

Sabiq rektora məxsus “Mona Liza” şadlıq sarayında görülən təmir işlərinə görə 55 min manat borc yaranıb. Abel Məhərrəmovun Mərdəkan qəsəbəsindəki bağ evində və Şərifzadə küçəsindəki “Qlobus” bağçasında görülən işlərə görə 65 min borcu qalıb. Xaçmazın Nabran qəsəbəsindəki “El Faro” ailəvi istirahət və əyləncə mərkəzində görülən 186 000 manatlıq işin pulunu ödəməyib.

Yekunda Abel Məhərrəmovun ustalara 800 min manatdan artıq borcu olduğu iddia edilib.

Xəbər 572 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2021  17:36 

Serbiya NATO-ya üzv olmayacaq

24.06.2021  16:38 

Sabah 43 dərəcə isti olacaq

24.06.2021  11:26 

Ronaldo Buffonun rekordunu qırdı

24.06.2021  09:17 

Bu gün imtahan var


BÜTÜN XƏBƏRLƏR +