Bir sutkada nə qədər adam yoluxub?
Tehran Mənsimova daha iki medal verildi
Ali Məhkəmədə icraat qaydası dəyişir
Laçının Qarakeçdi kəndi - VİDEO
Bu gün imtahan var
Bu gündən I siniflərə məktəb seçimi başlayır
Bu xidmətlərin məbləği təsdiqləndi
Bu qanun layihələrinə dəyişiklik edilir
Abituriyentlər əsasən hansı ixtisasları seçib?
Yoluxanlar artdı - ölənlər də var


10.06.2021  12:54 

“Azərbaycan incəsənəti üçün fəlakət ilidir” - Xalq artisti





A+  A-

Xalq artisti Valeh Kərimov koronavirusdan dünyasını dəyişən dostu, həmkarı Ramiz Əzizbəyli haqqında danışıb.
XəzərNews.az-ın məlumatına görə, Valeh Kərimov “Qafqazinfo”ya açıqlamasında Ramiz Əzizbəylinin ölümündən kədərləndiyini bildirib: “Azərbaycan incəsənətinin talanan vaxtıdır. Bizim çox böyük sənətkarlarımız dünyasını dəyişdi. Sanki fəlakət bu il Azərbaycan incəsənəti üçündür.

Ramiz Əzizbəyli böyük istedada malik idi. Hərtərəfli insan idi. Rejissor, aktyor, şair, müəllim kimi tanınırdı. Onunla telefon vasitəsilə əlaqə saxlamışdım. Hər dəfə deyirdi ki, yaxşıdır. Özünə təskinlik verirdi ki, sağalacaq. Xəstəxanaya getmək də mümkün deyildi, çünki pandemiya xəstəxanası idi.

Artıq Ramiz getdi, Azərbaycan incəsənəti onu itirdi. 1960-70-ci illərdə yetişən sənətkarlar hamısı bu illərdə getdilər. Onun kinolarını izləyirsiniz, filmlərdə rollarını görürsünüz. Mahnılar da oxuyurdu, “Bəyin oğurlanması” filmində “Aman tello” mahnısını ifa etmişdi. Xaraktercə şən insan idi, danışırdı, gülürdü, lətifə deyirdi. Allah rəhmət etsin”.

Xəbər 587 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2021  17:36 

Serbiya NATO-ya üzv olmayacaq

24.06.2021  16:38 

Sabah 43 dərəcə isti olacaq

24.06.2021  11:26 

Ronaldo Buffonun rekordunu qırdı

24.06.2021  09:17 

Bu gün imtahan var


BÜTÜN XƏBƏRLƏR +