Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


09.06.2021  09:07 

Karateçilərimiz lisenziya xarakterli turnirdə iştirak edəcək





A+  A-

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda iştirak edəcəklər.
XəzərNews.az xəbər verir ki, milli komanda artıq Parisdədir. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 idmançıdan başqa vitse-prezident Rəhman Hətəmov, kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, kata üzrə baş məşqçi Vahid Ayvazov, həmçinin beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yer alıb.

Olimpiya vəsiqələri uğrunda kumite yarışlarında Firdovsi Fərzəliyev (67 kq), Asiman Qurbanlı (+75 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), kata üzrə isə Roman Heydərov və Neda Rezai (hər ikisi kata) mübarizə aparacaqlar.

Tokio Olimpiadasını idarə etməyə seçilən 15 hakimdən biri, Avropa Hakimlər Komitəsinin (EKF) üzvü Cahangir Babayev Dünya Karate Federasiyası (WKF) tərəfindən xüsusi dəvətlə yarışda hakimlik edəcək.

İyunun 11-13-də Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi Olimpiya vəsiqələri uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Azərbaycandan hələ ki Tokio Olimpiadasının karate yarışlarına 2 vəsiqə alıb. “Tokio 2020”nin təsnifat mərhələsini uğurla dəf edən ilk 40 idmançının adları arasında İrina Zaretska (+61 kq) və Rafael Ağayevin (75 kq) 3 rəqibi də artıq məlumdur.

Qeyd edək ki, olimpiadada 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumite, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Qırx karateçidən başqa daha 24 idmançı iyunun 11-13-də Parisdə keçiriləcək Olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq.

On iki əlavə Olimpiya lisenziyası isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə Olimpiya vəsiqələri üçtərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək.

Tokio Olimpiadasının karate yarışları avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək.

Xəbər 3603 dəfə oxunub.



08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +