Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub


08.06.2021  14:09 

Pensiya və müavinətlər bu qaydada artırılacaq





A+  A-

“Əlilliklə bağlı 60 qanuna 197 dəyişiklik ediləcək”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, burada əsas məqsəd əlillik təyinatında ünvanlılığın, şəffaflığın, sosial ədalətin təmin edilməsidir:

“Dəyişiklik qəbul ediləndən sonra ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30%-dən yuxarı itirilməsinə görə qiymətləndiriləcək. Bu dəyişikliyin əhəmiyyəti ondan ibarətdir ki, mövcud 3 əllilik dərəcəsi əlilliyə münasibətdə diferensiallıq tətbiq etmək üçün kifayət etmir. Yaxın gələcəkdə sosial müavinət və pensiya təminatının faizlər səviyyəsində dəqiq diferensiallaşdıırlmasına imkan yaradılacaq. Bu dəyişikliklər zərfi qəbul edildikdən sonra "Sosial müavinətlər” və "Əmək pensiyaları” haqqında qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə aparılacaq islahatların növbəti mərhələsində pensiyaların və müavinətlərin orqanizmin funksiyalarının pozulma faizinə uyğun şəkildə artırmaqla, əlilliyi olan şəxslərin sosial müdafiəsini, daha ədalətli və etibarlı şəkildə təmin edə biləcəyik".

Xəbər 3523 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +