Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


04.06.2021  22:49 

Rusiyada azərbaycanlı gənci öldürən polis sərbəst buraxıldı - Video





A+  A-

Müstəntiqlər Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişinə əsasən, mayın 28-də azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin başına təsadüfən atəş açan polis məmuru Aleksandr Qusyevi həbsdən azad ediblər.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.

“Bu gün İstintaq Komitəsinin sədrinin tapşırığına əsasən, müstəntiq polis barəsində həbs qətimkan tədbirini dəyişərək başqa yerə getməmək və lazımi davranış haqqında iltizam seçib

Xatırladaq ki, hadisə mayın 28-da baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisədən sonra sosial şəbəkələrdə birmənalı olmayan fikirlər səsləndirilib. Belə ki, bir qism istifadəçilər polisin silah çıxarmasına ehtiyac olmadığını, digər qism isə vəzifəsini yerinə yetirdiyini bildirib.

Maraqlıdır ki, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyü vəkillər, media əməkdaşları da göstərdi. Belə ki, vəkil Pavel Yarovoy jurnalistlərə açıqlamasında Vəkil Abdullayevi qətlə yetirən polis haqqında çox sərt tədbir görüldüyünü bildirmişdi.

“Russia Today” telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan da ciddi cəhdlə polis müfəttişinin tərəfini tutmuş, onun təsadüfən atəş açdığını iddia etmişdi.

Qusyevin lehinə danışanlardan biri də ABŞ-dakı casus qalmaqalı və həbs həyatından sonra məşhurlaşan, “Russia Today” telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina oldu. O, Vəkil Abdullayevi öldürən və 2 maddə üzrə ittiham olunan Qusyevin “100% doğru yolda” olduğunu bildirib və hətta buna görə polis müfəttişinin mükafatlandırılmasını istəyib. Butina Qusyevə qarşı irəli sürülmüş bütün ittihamların götürülməsini də tələb etmişdi.

Həbs olunmuş polisə qarşı əvvəlcə cinayət təhqiqatının dayandırılması, sonra isə onun azadlığa buraxılması ilk növbədə Rusiyanın hüquq sistemində ciddi problemlər olduğunu və ya siyasi, ayrı-seçkilik, fobiya motivlərinin mövcudluğunu nümayiş etdirdi.

Vəkil Abdullayev yol qəza hadisəsi törədildiyinə görə saxlanılmışdı və polisin silah çıxartmasına heç bir ehtiyac yoxuydu.

Bu hadisə Rusiyada digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyün, rasizmin olduğunu göstərdi.

Vəkil Abdullayev Gürcüstan vətəndaşı olsa da rəsmi Tbilisidən məsələ ilə bağlı hər hansı mövqe bildirilməyib, addım atılmayıb.



Xəbər 4435 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +