Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.05.2021  14:25 

Daha 12 nəfərin əlilliyi ləğv olundu





A+  A-

Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlilik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 26 şəxsin də komissiya tərəfindən əyani müayinəsi aparılıb.
XəzərNews.az-a verilən məlumata görə, Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də iştirak edib.

Müayinəsi aparılan şəxslərdən 12-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.

Qeyd edək ki, bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi, saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Xəbər 3566 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +