Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.05.2021  14:12 

“İsrail öz xalqını HƏMAS-ın raket terrorundan qoruyur” - Rəsmi Berlin





A+  A-

“İsrail HƏMAS-ın raket hücumlarından qorunma hüququndan istifadə edir”.
XəzərNews.az “Bild”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.

“İsrail öz xalqını HƏMAS-ın raket terrorundan qorumaq üçün özünümüdafiə hüququndan istifadə edir”,- deyə nəşr nazirdən sitat gətirib.

Hayko Maas qeyd edib ki, indi raket terrorunu dayandırmaq, zorakılığa son qoymaq və İsrail ilə Fələstin arasında etibar yaratmağa və iki dövlətin birgəyaşayışına əsaslanan bir həll yolu tapmağa yönəlmiş konkret addımlar üzrə danışıqlara qayıtmaq lazımdır.

Xatırladaq ki, İsrail ilə Fələstinin Qəzza zolağı arasındakı vəziyyət 10 may axşamı kəskinləşib. Eskalasiyanın başlanmasından etibarən Qəzza zolağından İsrail ərazisinə 2.8 min raket atılıb, onlardan təxminən 430-u Qəzza zolağı ərazisinə düşüb.

Son məlumatlara görə, İsraildə 8 mülki şəxs və 1 hərbçi həlak olub. İsrailin cavab hücumlarında isə ölən fələstinlilərin sayı 41-i azyaşlı olmaqla 145-ə çatıb.

Xəbər 3807 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +