Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.05.2021  12:32 

Birinci sinfə qəbul bərpa edildi





A+  A-

Bu gündən birinci sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az portalı fəaliyyətini bərpa edib.
XəzərNews.az xəbər verir ki, Ramazan bayramı tətili ilə əlaqədar mayın 8-dən portala giriş müvəqqəti dayandırılmışdı.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və cəlb olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesi də davam edir. Müsahibəyə yazılma mərhələsinin iyunun 8-i saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin isə mayın 4-dən iyunun 14-dək təşkili planlaşdırılır.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Xəbər 3936 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +