Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.05.2021  13:45 

Azarkeşlər AFFA və PFL-ə müraciət etdi





A+  A-

“Neftçi” və “Qarabağ”ın ən böyük azarkeş qrupları Azərbaycan Premyer Liqasının son - 28-ci turunda bu komandaların qarşılaşacağı matça azarkeş buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.
XəzərNews.az xəbər verir ki, bu haqda “İmarət Tayfa” və “Forze Neftçi” özlərinin Feysbuk hesablarında paylaşım ediblər.

“Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!

PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!” - deyə “İmarət Tayfa”nın feysbuk səhifəsində qeyd olunub.

“Forze Neftçi”nin isə Feysbuk səhifəsində bu sözlər yer alıb: “Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və digər aidiyyatı qurumlardan rica edirik ki, Azərbaycan Premyer Liqasının son turunda gerçəkləşəcək “Neftçi” – “Qarabağ” matçına azarkeşlər buraxılsın”.

Xəbər 3450 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +