Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


11.05.2021  22:07 

Gənc memarın “Xarı bülbül” innovativ inşaat layihəsi





A+  A-

TRT/Azerbaycan saytı Rusiyada yaşayıb fəaliyyət göstərən gənc və istedadlı memar Əkbər Məmmədovla maraqlanıb və ondan Qarabağda “Xarı bülbül” inşaat layihəsi ilə bağlı müsahibə alıb
Onun 28 yaşı var. Rusiya Federasiyasının Yekaterinburq şəhərində tanınmış azərbaycanlı rəssam Mirzə Məmmədovun ailəsində dünyaya göz açıb. Ural Dövlət Memarlıq və İncəsənət Universitetinin bakalavr və magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildən özünün memarlıq bürosunda (mamedov.design) və bir Türkiyə inşaat firmasında baş memar olaraq çalışır. Rusiya, Azərbaycan və Qazaxıstanla bağlı layihələri var. Hal-hazırda Kremlin qarşısında tikilməsi üçün obyekt layihəsini yenicə tamamlayıb. Böyük bir həvəslə Qarabağın bəlli bir qismi üçün tikinti-memarlıq layihəsi işləyib.



- İkinci Qarabağ Müharibəsi – Azərbaycan Vətən Müharibəsi (27 sentyabr 2020 – 10 noyabr 2020) başa çatdıqdan sonra Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası və tikintisinə start verib. Siz də xaricdə yaşayan bir azərbaycanlı memar kimi Qarabağın yenidən qurulmasına töhfə vermək üçün səy göstərir və layihələr təklif edirsiniz.

- İkinci Qarabağ Müharibəsi başlayanda narahat oldum, hadisələri çox yaxından izlədim və məndə yaranan ilk düşüncə bu oldu: belə bir dövrdə bəs mən necə faydalı ola bilərəm? Axı mən memaram, yaradıcı insanam, mənim güclü tərəfim memarlıqdır. Əvvəllər də bütün var-qüvvəmi, bacarığımı Azərbaycanda memarlıq və inşaatın inkişafına sərf etmək istəyirdim. Qələbədən sonra artıq Qarabağdan başqa yeri düşünməyin yeri yoxdur.

Müsahibələrdən birində Azərbaycan respublikasının prezidenti İlham Əliyev Qarabağda innovativ qəsəbələr salınması və yeni texnologiyaların tətbiqini təklif etdi ki, bu, mənim çox ürəyimcə oldu və layihəmin işlənməsinin bünövrəsi oldu. İlkin olaraq 600 evdən ibarət innovativ qəsəbə layihəsini hazırlamağa başladım.

Mənim layihələndirdiyim qəsəbə salınan yollar və tikilən aeroportun bilavasitə yaxınlığında yerləşir. Bu yollar Füzuli və Şuşa şəhərlərini birləşdirməklə 20-yə yaxın yaşayış məntəqəsini bir-birinə yaxınlaşdıracaq.



- Təbii ki, Qarabağla bağlı müxtəlif layihələr vardır. Sizin layihə nə ilə fərqlənir?

- Azad edilmiş torpaqlarımızda inşaat üçün bir sıra layihə gördüm, amma təəssüf ki, əksəri əraziyə istinad edilmədən, sadəcə binalar şəklindədir. Fikrimcə, bu, düzgün deyil. Mənim üçün inşaat təkcə bina tikmək və ona forma verməkdən ibarət deyil. Memarlıq, inşaat, tikinti həyatın özüdür - insanların nə edəcəklərindən, uşaqların məktəbə gedəcəyi yerlərdən başlayaraq yaşadıqları məkanlardır.

Qarabağ memarlığı yeni deyil, zəngin keçmişə malikdir. Bölgənin arxitekturası bu yerin peşələrinə və insanların yaşayışına uyğun olmalıdır. Mənə vacibdir ki, Qarabağa qayıdanlar yenidən öz evlərini hiss etsinlər, küçələrin cizgilərini görsünlər. Fikirlərimi Azərbaycanın tanınmış bir memarı ilə bölüşdüm və əsas sualım da bu oldu: “Niyə internetdə gördüyüm layihələr azad edilmiş ərazilərlə əlaqəli deyil?" Qısa cavab aldım: “Əkbər, sən də layihəni təklif et, gətir.”

Başlanğıcda təxminən 600 evi olan bir qəsəbə olmalı idi, ancaq ərazini inkişaf etdirmək imkanlarını təhlil etdikdən sonra layihəni 4 mərhələyə bölərək daha çox, yəni 1200 ev tikmək mümkün olduğunu başa düşdüm. Bütün lazımi funksional zonalar daha qlobal inkişaf üçün bir fürsətdir.

Tamamlanmış layihəm “Xarı bülbül” adlanır. Qarabağda şəhərsalmanın təməlində Xari bülbül çiçəyi simvol olmalıdır, bu səbəbdən layihəyə bu adı verdim. Yolların və küçələrin ətəyində bu çiçəyin quruluşu yatır, quş uçuşunun hündürlüyündə aydın konturlar görünür və bu qəsəbənin içərisində həyat vardır.



Layihənin mövcud mövqeyi Azərbaycanın Qarabağ bölgəsinin şərqindəki Füzuli rayonu və M6 magistral yolu ərazisidir. Yenilənmiş əsaslı tikinti layihələri də daxil olmaqla (220 hektar) ümumi inşaat sahəsi 780 hektar, bərpa edilənlər də daxil olmaqla uzunluğu 9,2 kilometrdir.

Rayonda 4 mərhələli inşaat nəzərdə tutulur. Birinci mərhələdə yenidən qurulacaq obyektlər və şəhər sakinlərinin rahat yaşaması üçün lazım olan tikililər, daha sonra yeni inşaat işləridir.

- Qarabağ əsasən dağlıq ərazidir, həm də kənd təsərrüfatı üçün yararlı münbit torpağı vardır. Belə bir yerdə layihənizdə torpağın, ərazinin və insanlarının vərdişləri necə nəzərə alınır?

- Ərazi aktiv relyefdə yerləşir. Düzlərlə dağlar arasındakı yüksəklik fərqi 200 metrdən çoxdur. Hal-hazırda layihə sahəsində qismən 3 kateqoriyalı meşəlik və dağılmış evlər mövcuddur. Bu ərazidə 1200 ev üçün yeni kənd təsərrüfatı əsaslı “ağıllı kənd” salınması məqsədəuyğundur.

Rayonda kənd təsərrüfatı məskunlaşmasının həyata keçirilməsi fikri ərazinin böyük potensialına əsaslanır və bölgənin canıdır. Müxtəlif inkişaf imkanları vardır: meyvə-tərəvəz, heyvandarlıq, turizm, asudə vaxt imkanları və s.

Konsepsiya torpaq sahələrinin dirçəldilməsi, kənd təsərrüfatında yenilikçi formaların yaradılması, ev tikintisi, habelə ərazinin inkişafına dövlət dəstəyi, kiçik sahibkarlığa yardım ilə vətəndaşların cəlb edilməsini nəzərdə tutur.



- Rayonun memarlığı və planlaşdırılmasını necə görürsünüz?

- 1200 evdən ibarət yaşayış məntəqəsi ləçəkləri kompleks relyefə keçirilərək yaşayış binaları və digər tikililər üçün yollar və sahələrdən ibarət Xarı bülbül çiçəyi ilə məcazi bir bənzətməyə əsaslanan quruluşdadır.

Rayonun rəngarəng tərtibatı yaşayış sahələri və ictimai yerlərinin sərbəst təşkilini nəzərdə tutur, həm çıxılmaz, həm də ötürmə nəqliyyat həlləri mövcuddur. İctimai mərkəzdə isə məscid də daxil olmaqla, mədəni və innovasiya mərkəzləri, sərgi salonları, ticarət və inzibati binalar müxtəlif cazibə nöqtələrinin bir arada formalaşmasına imkan verir.

Tikinti işlərinin mərhələlərə bölünməsi ilə əlaqədar 4 əsas alt məhəllə ortaya çıxır ki, bunlardan biri Füzuli rayonuna bitişik və yenidən yaradılan ərazidir. Qəsəbələrin hər birində məhəllələr və yaşayış yerləri vardır. Növlərinə görə yaşayış evləri kompleks (site), blok və fərdi yaşayış binalarına bölünür.

Bloklanmış tikinti bir qayda olaraq ictimai yerin - idman zalı olan məktəb və parkın da daxil olduğu mərkəzin ətrafındadır. Fərdi və seksiyalı tikinti periferiya boyu yerləşir. Qəsəbənin planlı həlli əsas yollardan birinin mərkəzi üç əsas yol (küçə) boyunca formalaşmasıdır.

- Bölgədə “smart”, yəni “ağıllı” sistemin yaradılması imkanları nələri əhatə edir?

- “Smart qəsəbə”nin üstünlüklərindən biri xərcləri optimallaşdırmağa imkan verən üç əsas “ağıllı” sistemin (iqlim nəzarəti, həyat təhlükəsizliyi və risk analizi) və alternativ enerji mənbələrinin (külək enerjisi, bio və günəş enerjisi) olması, ev ehtiyacları, qəsəbənin saxlanması və torpaq sahələrinin inkişaf dinamikası üçün planlardır. Belə yenilikçi həllər qəsəbənin əkinçilik fəaliyyətində inkişafını və dünya bazarlarına çıxışını sürətləndirəcək.

Bu mərhələdə torpaqölçmə layihəsi daha sonra demoqrafik dinamikaya uyğun olaraq sıxılmış genişləndirilmiş sahələri əhatə edir. Üstəlik təşəbbüskarları torpaqlarından istifadə edərkən kiçik müəssisələr miqyasında öz kənd təsərrüfatı fəaliyyətlərinin inkişafına imkan verən böyük torpaq sahələrinə cəlb ediləcəkdir.



- Qarabağda yerli insanların rahatlığı üçün nələr nəzərdə tutulub?

- İctimai-işgüzar zona ayrıdır, onun hissələri əsas küçə boyunca bərabər paylanır. Bu bölgəyə inzibati-məişət, ticarət, ictimai iaşə, səhiyyə, mədəniyyət, istirahət, qapalı istixanalı innovasiya və elmi-tədqiqat müəssələri daxildir. Ticarət müəssisələri qəsəbənin əsas meydanında yerləşən iri alış-veriş mərkəzi və mağaza ilə təmsil olunur.

Qəsəbədə üstü örtülü idman mərkəzi olan 3 məktəb və 3 uşaq bağçası var. Məktəb icma mərkəzinə elə bir şəkildə yaxındır ki, idman mərkəzi kəndin bütün sakinlərinə uyğundur. Uşaq bağçaları yaşayış massivinin içərisində və bir ucunda yerləşir.

Əsas piyada yolları yaşıl meydanları ictimai-işgüzar mərkəzlə birləşdirir, həmçinin yaşayış binalarının boşluqlarından keçir.

- Siz qəsəbənin ümumi memarlıq təsvirini canlandırdınız. Bu gün Qarabağda tamamilə və qismən dağıdılmış evlər də var. Yeni və dağılmış fərdi yaşayış binaları və ictimai tikililərin bir-birilə əlaqəsini necə düşünmüşünüz?

- Fərdi yaşayış evlərinin həcmli kompozisiya həlli əvvəlki tikililərin əsas memarlıq elementləri ilə yeni müasir analoqların uyğunlaşdırılması yolu ilə götürülür, yəni memarlıq xüsusiyyətlərinin bir neçə tipologiyasının aşkar edilməsi nəzərdə tutulur. İri vitraj konstruksiyalar, tağlı pəncərə oymaları, fasad dekorunun taxta elementləri məlumatları əsasında dekorasiya formalaşır ki, bundan sonra bütövlükdə binaların kompozisiyası qurulur.

Bəli, layihə sahəsində həm də dağılmış evlər mövcuddur. Yeni binanın üzlənməsində əvvəlki tikilinin sağ qalan elementlərindən istifadə etməklə onların da qismən yenidən qurulması planlaşdırılır. Belə bir qərar vaxtilə dağılmış evlərdə yaşayan sakinlərin “Evə qayıdış” təəssüratını saxlamağa imkan verir.

Qəsəbənin ərazisində ilk baxışdan mürəkkəb bionik arxitekturaya malik, ictimai mərkəz formalaşdıran 4 əsas bina qrupu vardır ki, onların əsasında sürətli bərpa olunan hiperboloid (məkan, formaların yalnız 2D proyeksiyasında təkrarlandığı) konstruksiya durur.

- Bir yerdə yaşamaq üçün su, münbit torpaq, yaşıllıq qədər yollar da mühümdür. Füzuli rayonu ilə bura qədər əlaqəsi kəsilmiş, bu gün isə işğaldan azad olunmuş ərazilərlə yolların qovşağı və nəqliyyat strukturu hansı şəkildə olacaq; əvvəlki, yoxsa yeni? Bütün bunlar Qarabağın yaşıl təbiəti ilə necə harmoniya təşkil edəcək?

- Layihəyə uyğun olaraq köhnə yolların bəziləri bərpa olunmaqla saxlanılacaq, bəzi yollar, küçələr yenidən salınacaq, köhnə və yeni yolların qovşağı yaranacaq.

Qəsəbənin bilavasitə yaxınlığında (7 km.) yeni aeroportun tikintisinə başlanılıb ki, burada hava limanının mövcudluğu bu ərazinin şəhərə çevrilməsində inkişaf prosesini sürətləndirəcək. Hava limanından həm magistral, həm də bu layihə tərəfindən təklif olunan monoray yol ilə keçilməsi planlaşdırılır.



Əraziyə giriş iki istiqamətdən - qərbdən və şimal-qərbdən 6 zolaqlı magistral ilə həyata keçirilir. Ana yola hərəkət hissəsi ilə 4 zolaqda digər əsas küçələr çıxır. Əsas yaşayış küçələri mədəni-məişət xidməti obyektləri və yaşayış binalarını birləşdirən kompleks strukturu təmsil edir. Layihədə insanların ən çox toplaşdığı yerlərdə avtomobillərin müvəqqəti saxlanılması üçün meydançaların yaradılması da nəzərdə tutulmuşdur.

Qəsəbədə abadlıq və yaşıllaşdırma işləri bir neçə kateqoriyada təmsil olunur: piyada yolları, küləyə davamlı, sanitar-mühafizə, parklar, bağlar, təbii yaşıl sahələr.

Yaşıl meydanları ictimai-işgüzar mərkəz (əhali və iş mərkəzi) ilə birləşdirən əsas piyada istiqamətləri, eləcə də yaşayış binalarının boşluqlarından keçən piyada yolları müntəzəm abadlaşdırılır.

Mən hesab edirəm ki, hər bir azərbaycanlı azad edilmiş torpaqların bərpa olunmasına öz töhfəsini verməlidir. Təklif etdiyim layihəm dənizdə damla, qəlbim isə tam olaraq Azərbaycan üçün döyünür.



Xəbər 3491 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +