200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


03.05.2021  12:05 

Arif Quliyev necədir? - Oğlu danışdı





A+  A-

Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, koronavirus xəstəliyini ağır keçirən A. Quliyevin səhhətində hansısa bir müsbət irəliləyiş yoxdur:

“Ötən gün səhhəti barədə bizi məlumatlandırdılar. Hələ ki, heç bir irəliləyiş yoxdur. ECMO cihazına qoşulu vəziyyətdədir. Ölkə və xəstəxana rəhbərliyinə minnətdarıq. Dövlət tərəfindən xüsusi diqqət göstərilir”.

Qeyd edək ki, A.Quliyevin müalicəsi “Yeni Klinika”nın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 faizinin zədələndiyini bildirirlər.

Bu məqamda bildirək ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xəbər 2701 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +