“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


27.04.2021  11:14 

Növbədə kim(lər)dir?





A+  A-


Ölkə başçısı bəyan edir ki, yerlərdəki məmur özbaşınalığı ilə bağlı ona siqnal ötürək. Bunun alt qatda olan bir mənası budur ki, müvafiq dövlət qurumları ölkə başçısına bəzən dəqiq və dolğun məlumat vermir, digəri isə ondan ibarətdir ki, məmur özbaşınalığı artıq o həddə çatıb ki, vətəndaşlarla dövlət hakimiyyəti arasındakı etimad bağlarını kökündən zədələyir, insanları ümidsizləşdirir, inamsızlaşdırır və bu da yolverilməzdir, yəni zaman itirmədən qarşısı alınmalı, buna şərait yaradanlar ciddi şəkildə cəzalanmalıdır, nəticədə xalq-dövlət birliyi daha da möhkəmlənməlidir. Təqdirəlayiqdir bu. Amma bir neçə ildir ki, eyni mövzu ilə bağlı gur səslə həyəcan siqnalı (SOS) verirəm, nə eşidəni var, nə də eşidib əlac qılanı. Dönə-dönə ölkə mətbuatında xalq və dövlət əmlakının dağıdıldığını faktlarla ictimailəşdirirəm, faydası olmur və əksinə, bir az da dağıtma tempi sürətlənir. İndi bunu necə başa düşək? Siqnal deyilən nəsnə bundan o yana necə olmalıdır ki?..

Səsin eşidilmirsə – demək, inamsızlıq və güvənsizlik məqsədli şəkildə sənə təlqin olunur. Çıxılmazlıq labiritində bunu hüquqsuzluğun sənə olan son diqtəsi kimi də dəyərləndirə bilərsən. Və səndə qeyri-ixtiyari belə bir fikir yarana bilər ki, ölkədə sanki bir idarəolunmazlıq hökm sürür, dövlətin bütün idarəetmə sistemi çökdürülür, onun təməl prinsipləri sarsıdılır! Və artıq, sənə ayrı heç bir alternativ yol saxlanılmır. O zaman hamı – bütün məmur ordusu sənin nəzərlərində eyniləşir və hətta, istəməsən də özünü narazı kəsimin ön sıralarında hiss edirsən. Beləcə, haqq və hüquqların uğrunda mücadilən özünün yeni mərhələsinə qədəm qoyur...

İndi söyləyəcəyim problem bütün ölkə üzrə azacıq nisbət fərqilə xarakterikdir, və adını çəkəcəyim məkan (Masallı) burada əlahiddə olaraq fərqlənmir. Lakin məsələnin maraqlı tərəfi də budur ki, mövcud problemi ictimailəşdirdikcə daha çox onun əksi istiqamətində “irəliləyişə” şahidlik edirik. Diqqət edin, rayonun Boradigah qəsəbəsində (əsasən də “Çaylıq” adlanan ərazidə) bir çoxlarının pay torpaqları zəbt olunub, böyük ərazidə meşə zolaqları məhv edilib və ərazisi mənimsənilib, su hövzələri dağıdılaraq ərazisindən başqa təyinatı üzrə istifadə edilir. Bunların qarşısının alınması məqsdilə qəsəbə icra nümayəndəsini, bələdiyyə sədrini və üzvlərini, rayon rəhbərliyini dəfələrlə məlumatlandırsam da, bugünədək müsbətə doğru heç bir əməli iş görülməyib.

Məsələnin çözülməsi istiqamətində əməli addımların atılmamasını sizcə, necə dəyərləndirməliyik? Yenə də şablon bir fikrə istinad edək ki, guya, rayon rəhbərliyinin və daha yuxarı aidiyyəti qurumların bundan xəbəri yoxdur. Hərçənd ki, belə deyil, hətta belədirsə, o zaman ortaya iki nəticə çıxacaqdır: 1) baş verənlərdən xəbərdar deyilsiniz və sizi düzgün məlumatlandırmırlar; 2) xəbərdarsınız, lakin əhəmiyyət vermirsiniz. Təbii ki, hər iki hal qəbuledilməzdir.

Dəfələrlə rayon rəhbərliyinə, qəsəbə icra nümayəndəsinə, yerli bələdiyyə sədrinə və üzvlərinə bildirmişəm ki, bu zamanadək zəbt olunmuş ərazilərdə tikilən evlər və tikilməkdə olanlar istisna olmaqla, ən azından digər ərazilərin qanunsuz tutulması durdurulsun, meşə zolaqlarına qənim kəsilənlərin və ərazisini mənimsəyənlərin, su hövzələrini dağıdıb öz şəxsi istifadəsi üçün çalışanların qarşısı alınsın, elə bil daşa-qayaya deyirsən. Gerçək olan budur ki, bütün bunlar sanki məqsədli şəkildə edilir, dövlət və xalq əmlakını dağıdanlara qarşı heç bir qanunamüvafiq ölçü götürülmür. Sual yaranır: rayonda dövlət qanunları qeyri-işlək vəziyyətdədirmi? Burada Azərbaycanın dövlət qanunları işləmirmi? Vətəndaşların məqsədli olaraq dövlətə, dövlətçiliyə olan inamı sarsıdılır, amma nədən Baş Prokurorluq susur, DTX bütün bunları görmür?

Ötən yazılarımda vurğuladığım kimi, bütün bunlar, şübhəsiz ki, qəsəbə bələdiyyəsi və icra nümayəndəsinin biganəliyi, xüsusən də bacaracaqsızlığı, rayon rəhbərliyinin bilavasitə buna şərait yaratması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti regional şöbələrinin və onlara nəzarət edən daha yuxarı instansiyaların yarıtmaz fəaliyyətinin nəticəsidir.

Təbii ki, Boradigah qəsəbəsində baş verən vandallığa görə, rayonun sabiq icra başçısı (hazırda Ağcabədiyə rəhbərlik edən) Rafil Hüseynov və indiki başçı Şahin Məmmədovdan, bu işə birbaşa məsul olan digər məsul şəxslərdən nə zamansa bunun hesabı sorulacaq - buna inanıram. Amma bunlar hələ ki, baş vermir. Qanunların “sərt və səmt küləyi” hələ ki, bu tərəflərə istiqamət götürməyib.

Külək qalxıbsa mütləq tozanağı olacaq. Burulğana kim(lər) düşəcək, yaxud növbədə kim(lər)dir, təbii ki, bunu da zaman göstərəcək.

Vasif Hüseynov

Xəbər 26346 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +