Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.04.2021  17:39 

Bir ay çörəkdən imtina etsəniz, nə baş verər? - EKSPERİMENT - VİDEO





A+  A-

Sağlamlığının qeydinə qalan insanlar birinci olaraq ağ undan, çörəkdən imtina edir.
Ağ unda, çörəkdə son zamanların problemi olan qlüten də çoxdur. Mayadan hazırlanan çörəklər isə ikiqat zərərlidir. Çünki onlar damar və bağırsaqları tıxayır, göbələk mikroflorasını artırır.

XəzərNews.az bildirir ki, Medicina.az insanın 30 gün ağ çörəkdən imtina etməsi zamanı nələr baş verməsini araşdırıb.

Çörəkdən imtina edən insanın orqanizmində dəyişiklər hər gün baş verir. Lakin ilk başda beyin bir qədər aktivliyini azaldır, çünki nə baş verdiyini bilmir.

1. Artıq çəki, piylər, şlaklar azalır, bədən incəlir;

2. Diabet riski azalır – yüksək sort undan hazırlanmış çörək qlikemik indeksi yüksək olan qidadır. Onu çox yedikcə qanda şəkər artır, mədəaltı vəz insulin sintezi pozulur, ürək-damar sistemi yüklənir.

3. Mədə-bağırsağın işi tənzimlənir – bağırsaqların selikli qişası toksindən, kley kimi maddədən təmizlənir, qəbizlik aradan qalxır. qıcqırma olmur. Ağ çörək ən pis həzm olunan qidadır, bağırsaqlardan da gec çıxarılır.

4. Qurdları, bakteriyaları artırır;

Çox çörək yedikdə, mədə bağırsağın divarında, nazik bağırsaqda çoxlu selik yapışqanlı mühit yaranır. Burda isə müxtəlif mədə bakteriyası, bağırsaq qurdları aktivləşir.

5. Saçlar, dəri yaxşılaşır;

Mayalı ağ çörəkdə olan yapışqanlı maddə və qlüten dərinin məsamələrini örtür, pozur, quruluq yaradır. İnsan tez qocalır. 30 günlük imtinadan sonra dərinin görünüşü yaxşılaşır.

6. Karbohidratlardan asılılıq azalır, aclıq-toxluq hissi normaya düşür;

7. Orqanizmin qocalması prosesi ləngiyir, insan gec yorulur, enerjisi bol olur.



Xəbər 3794 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +