Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.04.2021  15:38 

Zelenskidən Putinlə görüş barədə açıqlama





A+  A-

“Rusiya Prezidenti Vladimir Putinlə istənilən zamanda və istənilən yerdə görüşməyə hazıram”.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Financial Times”a bildirib.

O bəyan edib ki, Putinlə Donbasda vəziyyətin sabitləşdirilməsi məsələsini müzakirə etmək istəyir. V. Zelenskinin sözlərinə görə, ölkəsi görüşün keçiriləcəyi məkan yox, müzakirə ediləcək məsələlər prioritet təşkil edir.

Ukrayna lideri onu da vurğulayıb ki, özlərini “Donetsk və Luqansk respublikalarının rəhbərləri” adlandıran şəxslərlə görüşmək fikrində deyil.

Aprelin 20-də Ukrayna Prezidenti rusiyalı həmkarı Vladimir Putini danışıqlar masası arxasına dəvət edib. Buna cavab olaraq, Putin rəsmi Kiyevin danışıqları Donetsk və Luqansk rəhbərləri ilə aparmalı olduğunu bildirib: “Ukrayna liderini Moskvaya yalnız ikitərəfli münasibətlərin müzakirəsi üçün dəvət edə bilərəm”.

Qeyd edək ki, Rusiya Prezidentinin bu bəyanatından sonra Ukrayna rəsmi səviyyədə V. Zelenskinin Moskvaya səfərinin mümkünsüz olduğunu bəyan edib.

Xəbər 3823 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +