Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.04.2021  12:23 

İtaliyada karantin yumşaldılır





A+  A-

İtaliyada koronavirus səbəbindən tətbiq olunan məhdudiyyətlər bu gündən etibarən yumşaldılmağa başlayıb.
XəzərNews.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ölkədə barlar, restoranlar, kinoteatrlar qismən açılır. Restoranlar açıq havada və ilk dəfə axşam saatlarında xidmət göstərə biləcəklər.

Kinoteatrlar, teatrlar və konsert salonları ən çox yarıya qədər dolmaq şərti ilə işləyə biləcəklər.

Ölkənin bölgələrinin dörddə üçü yenidən “sarı” siyahıya (koronavirusun az yayıldığı ərazilər) salınacaq.

Hovuzların, idman zallarının 1 iyul tarixinə qədər açılması və idman tədbirlərinə icazə veriləcəyi gözlənilir.

Qeyd edək ki, aprelin əvvəlində Baş nazir Mario Draqi hökumətin tətbiq olunan məhdudiyyətləri yumşaltmağa başlayaraq “düşünülmüş bir risk” aldığını açıqlamışdı: “Bu tədbirlər çoxlarının qarşılaşdığı çətinliklərə cavab idi. Ölkədə daha çox sakitlik yaradacaq və iqtisadi dirçəliş üçün zəmin olacaq”.

Xəbər 3272 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +