Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


25.04.2021  14:49 

“Türkiyə Amerikanın sözü ilə addım atan deyil“ - Zərdüşt Əlizadə





A+  A-

ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələr barədə "soyqırım" ifadəsi işlədib.
XəzərNews.az bildirir ki, Modern.az-a siyasi şərhçi Zərdüşt Əlizadə Rusiyanın bundan sonrakı siyasətinin nələr ola biləcəyindən danışıb.

Onun sözlərinə görə, Baydenin qərarına Rusiyanın heç bir təsiri olmayıb:

“Sonda Ermənistan Rusiyadan ayrılacaq. Co Baydenin qərarına Rusiyanın heç bir təsiri olmayıb. Baydenin bu qərarı verməyinin səbəbi Türkiyənin Amerikaya itaət etməməyi və müstəqil siyasət yürütməyidir. Ermənistan bu məsələdə sadəcə bəhanədir, heç bir rolu yoxdur.

Türkiyə Amerikanın sözü ilə addım atan deyil. Türkiyənin öz siyasəti və öz qanunları var.

Qarabağ məsələsinə gəldikdə isə həlledici sülhün siyasi rəhbərliyi Azərbaycandır və Azərbaycanın ordusudur. Ermənistan öz xalqını aldadıb və soyqırım xülafatına inandırıblar. Amerikanın prezidenti gündə yüz dəfə söz deyir, onun hamısına qulaq asmaq lazım deyil.

Rusiya soyqırımı uzun zaman öncə tanıyıb. Bunun Azərbaycana və ya Türkiyəyə heç bir təsiri olmayacaq”.



Xəbər 3861 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +