Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


15.04.2021  11:35 

Psixoloji sarsıntı keçirən qazinin ailəsi danışdı - Video





A+  A-

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə ağır vəziyyətdə olan Vətən müharibəsi qazisi Tarıverdiyev Şahmar Şaban oğlunun müalicəyə ehtiyac olması ilə bağlı görüntülər yayılmışdı. Ağdaş rayon Ovçulu kəndində yaşayan 1995-ci il təvəllüdlü qazinin psixoloji vəziyyətinin yerində olmadığı bildirilirdi. Görüntülərdən sonra onun 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirildiyi deyilir.
XəzərNews.az xəbər verir ki, qazinin valideynləri Baku TV-yə açıqlama verərək oğullarının vəziyyəti ilə bağlı danışıblar, günün əksər saatlarında şiddətli sarsıntı keçirdiyini qeyd ediblər.

Qazinin anasının sözlərinə görə, dekabrın 31-də partlayış olub və nəticədə oğlu ağır beyin zədəsi alıb: “Beyninə qan gəlib, sonra qan dayanıb və beynində quruyub qalıb, tormozlanma yaranıb. İki dəfə Bakıya hərbi hospitala, bir dəfə Mingəçevirdə xəstəxanaya aparmışıq. Maştağada xəstəxanaya yerləşdirdik, iynə vurub iki ayağını topal elədilər. İnsanı qara görür hücum edir. Elə bilir ermənidir gələn. Biz onu tutanda qışqırır ki, “qardaşlar, qoymayın, məni əsir götürürlər””.

Qazinin atası Şaban Tarıverdiyev də oğlunun çətin vəziyyətdə olduğunu deyir: “Mən dözə bilmirəm, atayam. Kiçik qardaşını qonşuda yatırdıram. Onu heç görməyə gözü yoxdur. Qardaşını tutan kimi atılır üstünə. Mən onun bir qolunu tutub saxlaya bilmirəm. Anası kömək eləsə çətinliklə saxlayırıq”.

Xatırladaq ki, görüntülər yayılan zaman Ağdaş rayon İcra Hakimiyyətindən "Qafqazinfo" ya bildirilib ki, sözügedən qazi evində üç dəfə ziyarət edilib: "Deputat tərəfindən də ona kömək edilib, dərmanlar verilib. Bildirilib ki, onun vəziyyətindən məlumatlıdırlar. Qaziyə necə lazımdır köməklik göstərilib və bundan sonra da vəziyyəti diqqətdə saxlanılacaq".

Qazinin qardaşı Tarverdi Tarverdiyev isə saytımıza deyib ki, video yayılandan sonra qardaşı xəstəxanaya yerləşdirilib: "O ilk dəfədir ki, müalicə alacaq. Videodan sonra Kamil Zeynallı bizimlə əlaqə saxladı. Bu gün onun köməyi ilə qardaşımı Maştağada yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirdik. Həkimlər dedi ki, müalicələrdən sonra düzələcək".



Xəbər 4678 dəfə oxunub.




14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +