Sənubər İsgəndərli yenə TƏBİB-i tənqid etdi
Baydenlə Putin Bakıda görüşə bilər
Lavrov İrəvanda etirazla qarşılandı
G7 ölkələrindən Rusiyaya qarşı bəyanat
Blinken Kiyevdə səfərdədir
Çiyələk onkoloji xəstəliklərdən qoruyur
Nəsimi Nəbizadə saxlanılıb? - DİN-dən açıqlama
Putinlə Ərdoğan Qarabağı MÜZAKİRƏ ETDİ
Yoluxanların sayı artdı
Sabah brifinq olacaq


13.04.2021  09:57 

Myanmada etiraz aksiyalarında ölənlərin sayı yenə artdı





A+  A-

Myanmada hərbi xunta və legitim hökumət üzvlərinin həbsinə qarşı etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həlak olanların sayı 706-ya çatıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.

Son sutka ərzində etiraz aksiyalarının dağıdılması zamanı 5 nəfər həlak olub.

Bununla yanaşı, aksiyaların 3 059 iştirakçısı saxlanılıb, 657 nəfərin isə barəsində həbs orderi çıxarılıb.

“Fitch” beynəlxalq reytinq agentliyi Myanma iqtisadiyyatının cari ildə 20 faiz azalacağını proqnozlaşdırır.

“Fitch”in hazırladığı hesabatda deyilir ki, Myanmanın təhlükəsizlik qüvvələrinin mülki əhaliyə qarşı zorakı hərəkətləri və etnik silahlı qrupların orduya qarşı mübarizəsi böyük sosial qeyri-sabitliyə səbəb olacaq ki, bu da ağır iqtisadi nəticələrə gətirib çıxaracaq.

Öz növbəsində, Dünya Bankı 26 mart tarixli hesabatında Myanma iqtisadiyyatının bu il 10 faiz azala biləcəyini bəyan edib.

Xəbər 706 dəfə oxunub.




06.05.2021  09:24 

Blinken Kiyevdə səfərdədir

05.05.2021  17:16 

Yoluxanların sayı artdı

05.05.2021  17:09 

Sabah brifinq olacaq


BÜTÜN XƏBƏRLƏR +