İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


08.04.2021  16:45 

DİM hərarətə görə imtahana girə bilməyənlər məsələsinə aydınlıq gətirdi





A+  A-

Məlum olduğu kimi, aprel ayının 15-dən etibarən Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının (qəbul imtahanının birinci mərhələsi) keçirilməsilə bağlı qərar açıqlanıb. 15, 16, 22,23 və 29,30 aprel tarixlərində ölkənin rayon və şəhərlərində keçirilən imtahanların aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə qəbul imtahanın ikinci mərhələsi keçiriləcək.
XəzərNews.az xəbər verir ki, imtahanlarla bağlı vaxt daraldıqca, abituriyent və valideynlərin imtahan öncəsi narahatlıqları da artır. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə hərarəti yüksək olan abituriyentlərin imtahana buraxılmaması ilə bağlı məsələ müzakirə olunur.

Təhsil eksperti Elçin Əfəndi hərarəti yüksək olan şagird və abituriyentlərin imtahandan kənarda qalmaması üçün təkliflə çıxış edib. Ekspert hesab edir ki, həmin şəxslər üçün xüsusi otaq ayrıla bilər:

“Ötən il buraxılış və qəbul imtahanlarında hərarəti 37° olan onlarla şagird və abituriyent müsabiqədən kənarda qaldı. Həmin şəxslər 1 il itirdilər. Bu il bu problemin həlli üçün Dövlət İmtahan Mərkəzinə təklif edirəm ki, hərarəti olan şagird və abituriyentlər kənarda qalmasın. Onlar üçün xüsusi otaq və nəzarətçi ayrılsın və imtahanlarda iştirakları təmin edilsin. Bu elə də çətin məsələ deyil. Taleyüklü bir məsələyə biganə qalmayaq!”

Məsələyə münasibət bildirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. DİM-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, koronavirus pandemiyası dövründə DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunması, onların təhlükəsiz şəraitdə imtahan verməsi üçün müəyyən şərtlərə əməl olunur. Əgər imtahan iştirakçısının bədən hərarəti 37°C və ondan yuxarıdırsa, həmin şəxslər imtahana buraxılmır:

“Ümumiyyətlə hər bir iştirakçı imtahan binasına daxil olarkən özünün və təmasda olduqları ailə üzvlərinin heç birində son 15 gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxma halının müəyyən edilməməsi, imtahana gələrkən bədən hərarətinin 37°C-dən aşağı olması, həmçinin tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcud olmaması haqqında bəyannamə imzalayır və bununla bağlı məsuliyyəti öz üzərinə götürür. Bədən hərarəti olanlar üçün ayrıca bir otağın və nəzarətçinin ayrılması isə ictimai sağlamlıq baxımından düzgün və təhlükəsiz hesab oluna bilməz”.

DİM-dən həmçinin bildirilib ki, ötən il də buraxılış imtahanlarında sayları az olsa da, bədən hərarəti normadan yüksək olduğu üçün imtahana buraxılmayan şagirdlər var idi. Bununla bağlı hər dəfə məlumat təqdim edilib. Lakin buraxılış imtahanları bir neçə istiqamət və günlərdə keçirildiyi üçün həmin şəxslər əvvəlcədən DİM-ə müraciət etdikdən və öz sağlamlıqları haqqında lazımi sənədləri təqdim etdikdən sonra digər imtahan günlərinin birində onların da imtahanlarda iştirakı təmin olunub: “Ötən il DİM-ə müraciət edən və sırf bu xəstəliklə əlaqədar buraxılış imtahanından kənarda qalan bir nəfər də olmayıb. Bu il də belə hallar olarsa, eyni yanaşma tətbiq olunacaq. Ancaq nəzərə almaq lazımdır ki, buraxılış imtahanı günlərinin sayı məhduddur və bu proses sonsuzadək şəkildə davam edə bilməz. İmtahanlarda on minlərlə insan iştirak edir və hər bir imtahandan sonra prosesin digər mərhələləri (nəticələrin yoxlanılması, elan olunması, ixtisas seçimi və s.) həyata keçirilməlidir. Bütün bunlar bir-birilə sıx bağlıdır və burada ləngimək olmaz”.

Qəbul imtahanlarına gəldikdə isə, DİM-dən bildirilib ki, sanitar epidemioloji vəziyyət əlverişli olarsa, bu imtahanların iki dəfə keçirilməsi planlaşdırılır: “Abituriyentlərin iki şansının olması onları gözlənilməz hallardan sığortalamış olur”.

Xatırladaq ki, DİM 2020-ci ildə keçirilən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilməyənlər üçün digər imtahan günlərinin birində şərait yaradıldığını və hər kəsin imtahanda iştirak etdiyini açıqlamışdı. İmtahanların ikinci mərhələsində yüksək hərarət səbəbindən iştirak edə bilməyən abituriyentlərə gəlincə, onlara ikinci şans verilməyib.

Xəbər 1328 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +