Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


06.04.2021  10:18 

Ərdoğan Azərbaycanla bağlı daha bir sazişi təsdiqlədi





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, qərar bu gün “Resmi Gazete”də dərc olunub.

“31 oktyabr 2017-ci il tarixində imzalanan və 7270 saylı qanunla təsdiqlənməsi uyğun görülən əlavəli “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”in 9 saylı Prezident fərmanının 2 və 3-cü maddələri əsasında təsdiqlənməsinə qərar verilmişdir”,- deyə məlumatda qeyd olunub.

Türkiyə Prezidentinin təsdiqi ilə saziş qüvvəyə minib.

Qeyd edək ki, 2017-ci il 31 oktyabrda Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. İclasdan sonra Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan və Türkiyə arasında bir sıra sənədlərin imzalanması mərasimi olub. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin o dövrkü milli müdafiə naziri Nurettin Canikli imzalayıblar.

Xəbər 2559 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +