Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


02.04.2021  13:34 

MİMTA Fondunun 2020-ci il üçün HESABATI





A+  A-

Milli irsimizin, mədəniyyətimiz və tarixi dəyərlərimizin qorunmasını, təbliğ və inkişaf etdirilməsini özünə amal bilən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu bu yolda 15 ildən çoxdur ki, uğurla addımlayır. Bu illər ərzində imkanlarımız daxilində xalqımızın milli-mədəni, mənəvi dəyərlərini yaşatmaq və tanıtmaq məramını müəyyən qədər həyata keçirə bilmişik. Ənənəmizə sadiq qalaraq istər təhsil, mədəniyyət, istərsə də səhiyyə və müxtəlif sosial sahələrdə xeyriyyə tədbirlərini, seminar və müsabiqələrin təşkilini ötən 2020-ci ildə də davam etdirmişik.

2020-ci ildə fondumuzun təsis etdiyi mətbu orqanlardan 14 ildir fəaliyyət göstərən “Füyuzat” jurnalının müvafiq illik sayları nəşr olunaraq oxucuların istifadəsinə verildi. Bununla yanaşı, MİMTA Fondunun təsis etdiyi digər mətbu orqanı olan və 10 ildir ki nəşr olunan “İşıq” dərgisinin də illik sayları çapdan çıxdı. İstər “Füyuzat” məcmuəsi, istərsə də “İşıq” jurnalı cəmiyyət həyatındakı mühüm məsələlərə, xalqımızın milli-mədəni, əxlaqi dəyərlərinə geniş şəkildə yer ayıraraq bu yolda fondumuzun əsas məramını təbliğ və təmsil etməyə çalışdı.

MİMTA Fondunda keçirilməsi bir növ ənənə halını almış müxtəlif mövzulu seminar və görüşlər yola saldığımız 2020-ci il ərzində dünyanı bürüyən pandemiya səbəbindən onlayn şəkildə davam etdirildi. Əsasən, milli irsimiz, mədəniyyətimiz, ədəbiyyatımız və tariximizlə bağlı mövzuları əhatə edən bu onlayn seminarlara ölkəmizin ziyalı təbəqəsindən iştirakçılar qatıldı. Bu onlayn görüşlərə misal olaraq “Füyuzat” jurnalının baş redaktoru, professor Teymur Əhmədovun 90 illik yubileyini, fondumuzun layihəsi əsasında çap olunan müxtəlif mövzulu kitabların təqdimatını, milli birlik, vətənpərvərlik mövzusu ətrafında xüsusən gənc nəsil nümayəndələrinin qatıldığı vebinarları göstərə bilərik.

Artıq bir neçə ildir ki, fondumuzun nəzdində fəaliyyət göstərən tərcümə mərkəzinin məhsuldarlığını da pandemiyanın gətirdiyi sıxıntılara baxmayaraq qənaətbəxş hesab emək olar. Belə ki, ötən il ərzində mərkəzdə 5 kitab tərcümə və tərtib olunaraq oxucuların istifadəsinə verilmişdir. Bu kitablar fondumuzun layihəsi əsasında seçilmiş və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Yeni layihələrimiz, tərcümə və təlif sahəsində cari il proqramımız isə onu deməyə əsas verir ki, növbəti nəşrlərimiz daha geniş çeşidli və təqdirəlayiq olacaqdır.

2020-ci ilə öz damğasını vuran ən mühüm hadisə, heç şübhəsiz, vətənimizin ərazi bütövlüyü uğrunda apardığı 44 günlük müharibədir. Xalqımız üçün çox böyük bir sınaq hesab edə biləcəyimiz bu mübarizədə, biz, həqiqətən, sözlə ifadə olunması mümkünsüz qürurverici hadisələrə şahid olduq. Dövlət – Xalq – Ordu birliyinin təmin etdiyi parlaq zəfər nəticəsində 30 ilə yaxındır ayrı düşdüyümüz əzəli torpaqlarımıza – Qarabağımıza qovuşduq. Mənfur düşməni pərən-pərən salan müzəffər ordumuzun yanında olmaq üçün hər birimiz xalqın bir nümayəndəsi kimi səfərbər olduq. İstər müsəlləh əsgər kimi, istərsə də arxa cəbhədə dövlətimizə və ordumuza dəstək vermək üçün bütün imkanlarımızdan istifadə etdik. Belə ki MİMTA fondu olaraq 5 dəfə cəbhə bölgələrinə səfər edərək əsgərlərimizin ruh yüksəkliyini təmin etmək üçün təbliğatlar apardıq, ordumuz üçün maddi yardım göstərdik. Eyni zamanda əməkdaşlarımız şəhid ailələri ilə də görüşlər təşkil etdi, onların yanında olaraq maddi-mənəvi dayaq olduqlarını ifadə etdilər.

Bu 44 günlük müharibə bir daha göstərdi ki, biz nə qədər mübariz xalqıq. Qazi və şəhidlərini bağrına basan xalqımız müstəqilliyin, suverenliyin, ümumiyyətlə, milli birlik və istiqlalın nə qədər böyük dəyər kəsb etdiyini bütün varlığı ilə bir daha dərk etdi. İllər öncə biz “Füyuzat” jurnalında “Böyük Azərbaycanın qapısı Qarabağdan açılır” demişdik. Bu gün o qapı üzümüzə açıqdır. Bizə düşən isə məsuliyyətli vətəndaşlar kimi vətənimizin parlaq gələcəyinə öz töhfəmizi vermək, işıqlı sabahlar üçün əlimizdən gələni əsirgəməməkdir.

Pərviz Əmirov,
MİMTA Fondunun icraçı direktoru


Xəbər 1398 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +