6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


01.04.2021  11:54 

Badamdardakı sürüşmənin SƏBƏBLƏRİ





A+  A-

“Badamdarda üçüncü massivdən yuxarıdakı yaşayış ərazisində 3000-dən çox ev var. Həmin evlərin kanalizasiya sistemi tam formalaşmayıb. Əhali hələ də irihəcimli şambolardan (həyətlərdə qazılan quyu) istifadə edir.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev Səbail rayonunun Badamdar sürüşmə sahəsində bu günə olan son vəziyyətlə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, ərazi geoloji cəhətdən çatlı əhəng daşlarından ibarətdir:

“Yeraltı suların əmələ gəlməsi yamacda basqıların formalaşmasına və sürüşməsinə səbəb olur. Hazırda ərazidə quraşdırılan drenaj quyuları nasosla işləmir və öz axımı ilə həyata keçirilir. Drenaj quyularındakı sular aşağı hissədə drenaj sisteminə axıdılır.

Ümumiyyətlə, ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə 2018-ci ildən başlanılıb. Bu müddət ərzində sahədə sürüşmə bir neçə dəfə təkrar olduğundan layihədə daim müvafiq dəyişikliklər edilib. Layihədə yamacın dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə yamacın üst hissəsində 11 fərdi yaşayış evinin arxasında məhəllədaxili yolun kənarında 3 ədəd, eni 3.5 metr, dərinliyi 30 metr olan drenaj quyularının qazılması və hər quyuda 21 ədəd olmaqla diametri 40 mm, uzunluğu 50 metr olan yelpikvari 2 səviyyədə horizontal suqəbuledicilərin qurulması nəzərdə tutulub”.

O qeyd edib ki, layihədə ikinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxarı hissədən başlayaraq yamacda dəmir-beton terrasların yaradılması planlaşdırılıb: "Üçüncü mərhələdə Badamdar – 20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı hissəsində) dəmir-beton svaylar üzrə monolit istinad divarının inşa ediləcək və yolun bərpası aparılacaq”.

S.Vəliyev eyni zamanda bildirib ki, hazırda “Azərsu” ASC tərəfindən ərazidə kanalizasiya sistemi qurulur.

Xəbər 2860 dəfə oxunub.




01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +