Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


31.03.2021  15:32 

5 nəfərdən 23 kq narkotik aşkarlandı





A+  A-

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 23 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, vətəndaş Zamin Əliyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun zərinə baxış zamanı 46 qram heroin, 27 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Zamin Əliyevin yaşadığı evdən əlavə 8 kiloqram heroin, 2 kiloqram 440 qram metamfetamin, 2 kiloqram 200 qram marixuana, 2 kiloqram 603 qram tiryək və 2300 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Əvvəllər məhkum olunmuş Orxan Mürsəlov saxlanılıb. Onun üzərinə baxış zamanı 10 qram, Xəzər rayonunda yaşadığı məzildən isə əlavə 2 kiloqram 160 qram heroin, 215 qram marixuana, 61 qram tiryək, 358 qram metamfetamin, 120 ədəd “Metadon M40” həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.

Vətəndaş Nuranə Babayevanın baxış zamanı 5 qram, Sabunçu rayonunda yaşadığı evindən isə külli miqdarda – 3 kiloqram 470 qram heroin, 500 ədəd “Metadon” həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.

Vətəndaş Gülnarə İsmayılova narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 107 qram, Nərimanov rayonunda yaşadığı mənzildən isə 470 qram heroin, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunan 2000 manat pul aşkar edilib.

Sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Tağıyev saxlanılıb. Onun üzərindən və Sabunçu rayonunda yaşadığı evdən ümumilikdə 40 qram heroin və metamfetamin, eləcə də, narkotik vasitələrin satışında istifadə etdiyi 1 ədəd elektron tərəzi, həmçinin, 1 ədəd “Makarov” markalı tapança aşkar edilib.

Beləliklə, ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də, 2920 ədəd “Metadon” həbinin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1438 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +