Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.03.2021  11:27 

Təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsi başlayıb





A+  A-

Bu gündən etibarən təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.
XəzərNews.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, vaksinasiya prosesinin növbəti mərhələsində yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətə peyvəndin ikinci dozasının vurulması nəzərdə tutulur.

Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə bu gündən müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək.

Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.

Qeyd edək ki, 3 mart 2021-ci il tarixindən paytaxtdakı təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün təşkil olunmuş vaksinasiya prosesi 10 peyvənd məntəqəsində həyata keçirilir.

Xəbər 4562 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +