Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.03.2021  11:43 

Azərbaycanda bu xarici universitetlərin diplomları tanınmır - Siyahı





A+  A-

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycanda diplomları tanınmayan universitetlərin adlarını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, ən çox imtina alan müraciətlərin məzun olduqları ali təhsil müəssisələri arasında ilk beşlikdə Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası və V.N.Karazin adına Xarkov Milli Universiteti yer alıb. Bu universitetlərdə təhsil almış 533 məzunun müraciətinə imtina cavabı verilib.

Həmçinin diplomu tanınmayan universitetlər arasında Dağıstan Dövlət Pedaqoji Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Gürcüstan Texniki Universiteti və digərlərinin də adı var.

Agentlik həmçinin xarici diplomların tanınması barədə mənfi qərarların səbəblərini də açıqlayıb:

1. Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması;

2.Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması.

Məlumatda qeyd olunub ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.

Xəbər 4227 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +