Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.03.2021  08:42 

Süveyş kanalında hərəkət bərpa edildi





A+  A-

Dünyanın ən vacib su yollarından olan Süveyş kanalında saya oturan nəhəng yük gəmisinin üzdürülməsi əməliyyatı uğurla nəticələnib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, kanalda səfərlər normal rejiminə qayıdıb.

“Gəmini diqqətlə hərəkət etdirmə çalışmaları nəticə verdi və gəmi uğurla hərəkət etdirildi”, - Süveyş Kanalı İdarəsinin rəhbəri, general-leytenant Usame Rabia bildirib.

Rabianın sözlərinə görə, səhərədək kanaldan 113 gəminin keçməsi planlaşdırılır. Kanalın hər iki tərəfindən sıxlıq yaranmaması üçün gəmilərin xüsusi hərəkət cədvəli hazırlanıb. O qeyd edib ki, qəza səbəbindən ləngiyən keçidləri kompensasiya etmək üçün dəniz nəqliyyatı 24 saat davam edəcək.

Misir isə Süveyş kanalını bağlayan gəminin sahibindən kompensasiya tələb edir. Belə ki, Misirin Süveyş kanalı Administrasiyasının sədri Mohab Mamişin sözlərinə görə, saya oturan “Ever Given” gəmisinin hərəkətə gətirilməsi üçün yedək gəmilərdən istifadə zamanı çəkilən xərclər gəmi sahibi tərəfindən qarşılanmalıdır.

Xatırladaq ki, Çindən Rotterdama yola düşən, 400 metr uzunluğa və 224 min ton yükgötürmə qabiliyyətinə malik olan “Ever Given” konteyner gəmisi martın 24-də kanalın 151-ci kilometrliyində saya oturaraq, hərəkətin dayanmasına və yüzlərlə gəminin kanalın girişində tıxac yaratmasına səbəb olub.

Bu gün səhər saatlarında dəniz xidmətləri təminatçısı “Inchcape Shipping” gəminin dayazlıqdan çıxarıldığını açıqlayıb.

Kanalın bağlı qaldığı hər gün dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurub. Misirin gündəlik 12-14 milyon dollar zərərə uğradığı ehtimal edilir. Qlobal iqtisadiyyat isə bu qapanmadan gündəlik 10 milyard dollar həcmində zərər görüb.

Xəbər 3284 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +