Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


29.03.2021  23:39 

Fransa bu ölkədəki səfirliyini 7 il sonra yenidən açdı





A+  A-

Fransanın Liviyanın paytaxtı Tripolidəki səfirliyi təxminən yeddi il sonra yenidən fəaliyyətə başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Fransanın Liviyadakı səfirliyinin tvitter hesabında paylaşım edilib.

“Fransa səfirliyi 29 mart 2021-ci ildə yenidən açıldı. Vəzifə başına!”, - paylaşımda deyilir.

Qeyd edək ki, Tripolidəki Fransa səfirliyi 2014-cü ilin iyulunda qapılarını bağlayıb, vətəndaşlarını təxliyyə etdikdən sonra işini Parisdən davam etdirib.

Bu tarixdən sonra Fransa Liviyada münaqişənin davam etdiyi illərdə ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin lideri Xəlifə Həftəri hərbi və siyasi olaraq dəstəkləyib.

Liviyada ikiyə bölünmüş məclisin illər sonra ilk dəfə birgə iclas təşkil edərək, müvəqqəti birlik hökumətini təsdiq etməsindən sonra Fransadan səfirliyi yenidən açmaq həmləsi gəlib.



Xəbər 3592 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +