Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.03.2021  21:19 

Türkiyədən gətirilən 24 tona yaxın məhsul məhv edildi





A+  A-

“LADESS GROUP” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən “Alpin” əmtəə nişanlı sümüksüz dondurulmuş hind quşu məhsuluna AQTA müfəttişləri tərəfindən baxış keçirilib.
Qurumdan XəzərNews.az-a bildirilib ki, baxış zamanı idxal edilən məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulun məhv edilməsi barədə qərar qəbul olunub.

Ümumi çəkisi 23.760 kq olan sümüksüz dondurulmuş hind quşu məhsulu partiyası Agentliyinin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər Təmizlik Departamentinin Zərərsizləşdirmə Poliqonunda məhv edilib.

Xəbər 4422 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +