Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


06.03.2021  18:16 

Dövlət orqanları illik hesabat verəcək





A+  A-

Dövlət proqramının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək monitorinq və qiymətləndirmə orqanı (qurumu) dövlət proqramı təsdiq edilən zaman müəyyən edilir. Əlaqələndirici orqan (qurum) dövlət proqramları üzrə monitorinq və qiymətləndirmə orqanı (qurumu) kimi müəyyən edilə bilməz.
XəzərNews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

Sənədə görə, dövlət proqramının monitorinqi və qiymətləndirilməsi prosesinə yerli və ya beynəlxalq ekspertlər cəlb oluna bilərlər.

Monitorinq və qiymətləndirmə orqanı (qurumu) dövlət proqramının monitorinqini və qiymətləndirilməsini apararkən əlaqələndirici orqanla (qurumla), habelə müvafiq prioritetlər üzrə əsas və digər icraçı orqanlarla (qurumlarla) əməkdaşlıq edə bilər.

Dövlət proqramının monitorinqinin nəticələri monitorinq və qiymətləndirmə orqanının (qurumunun) tərtib etdiyi illik hesabatda öz əksini tapır.

Dövlət proqramının monitorinqi bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq əlaqələndirici orqanda (qurumda) toplanaraq monitorinq və qiymətləndirmə orqanına (qurumuna) təqdim edilən hesabatların və təsdiqedici sənədlərin əsasında tədbirlərin icra vəziyyətinin və nəticələrinin illik monitorinqi formasında aparılır.

Dövlət proqramları üzrə icra vəziyyətinin monitorinqi bu Qayda ilə müəyyən edilən metodologiyaya əsasən aparılır və monitorinqin nəticələrinə dair hesabat tərtib olunur.

Dövlət proqramı üzrə nəticələrin monitorinqi dövlət proqramının nəticə indikatorları üzrə müəyyən edilmiş hədəf göstəricilərin və əldə edilmiş faktiki göstəricilərin müqayisəsi əsasında aparılır və dövlət proqramının nəticələrinin monitorinqi üzrə hesabat tərtib olunur (4 nömrəli əlavə).

Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi zamanı təqdim edilmiş hesabatların təhlili aparılır və məlumatlar müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə müzakirələr əsasında dəqiqləşdirilir. Bu zaman müvafiq dövlət orqanlarından (qurumlarından) tədbirlərin icra vəziyyəti barədə əlavə məlumatlar və təsdiqedici sənədlər istənilə bilər.

Dövlət proqramının icrasının bu Qaydaya uyğun monitorinqi həmin dövlət proqramının icrasına dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatına uyğun və səmərəli xərclənməsinin dövlət maliyyə nəzarəti qaydasında yoxlanılmasını, habelə qanunvericiliyin icrasına nəzarət və icra intizamının təmin edilməsi çərçivəsində Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsini, icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının fəaliyyətinin, onların həyata keçirdikləri layihələrin səmərəliliyinin qiymətləndirilməsini istisna etmir.

Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi aparılarkən dövlət proqramının həyata keçirilməsi üzrə əsas icraçı olan dövlət orqanlarının (qurumlarının) hər birinin fəaliyyətinin qiymətləndirilməsi də aparılır və bu məqsədlə onların reytinqi hesablanır.

Dövlət proqramının qiymətləndirilməsi zamanı müvafiq sahə üzrə proqramda nəzərdə tutulan tədbirin həyata keçirilməsindən əvvəlki göstəricilərlə faktiki göstəricilər müqayisə edilir və səmərəlilik hesablanır.

Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icrası və onun yekunlaşması mərhələsində aşağıdakı ardıcıllıqla aparılır:

Dövlət proqramının qiymətləndirilməsinə hazırlıq – monitorinq və qiymətləndirmə orqanı (qurumu) tərəfindən effektivliyin, uyğunluğun və səmərəliliyin müəyyən olunmasına imkan verən qiymətləndirmə suallarının əlaqələndirici orqanın (qurumun) rəyi nəzərə alınmaqla tərtib olunması;

Dövlət proqramının qiymətləndirilməsi planı – bu Qayda ilə müəyyən edilən forma üzrə qiymətləndirmə planının hazırlanması;

Dövlət proqramının qiymətləndirilməsi üzrə hesabat və tövsiyələrin hazırlanması – dövlət proqramının qiymətləndirilməsi üzrə qiymətləndirmə hesabatının və müvafiq tövsiyə sənədinin hazırlanması.

Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icra müddətinin yarısı bitdikdən və ya dövlət proqramının icrası yekunlaşdıqdan sonra aparılır. İcra müddəti üç il və daha az olan dövlət proqramının qiymətləndirilməsi yalnız həmin proqram yekunlaşdıqdan sonra aparılır.

Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi üzrə hesabat ildə bir dəfə, qiymətləndirilməsi üzrə hesabat isə bu Qayda ilə müəyyən olunmuş müddət bitdikdən sonra Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Dövlət proqramının yekun qiymətləndirilməsi üzrə hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edildikdən sonra bir ay müddətində monitorinq və qiymətləndirmə orqanının (qurumunun), habelə əlaqələndirici orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətə açıqlanır.

Xəbər 1781 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +