Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


06.03.2021  14:18 

Yerevanda keçmiş hərbçilər Qasparyana dəstək aksiyası keçirir - Video





A+  A-

Ermənistan ordusunun qaziləri və vətəndaşlar Silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyana dəstək olmaq məqsədilə Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar.
XəzərNews.az erməni KİV-nə istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın istefası tələbini irəli sürürlər.

“Biz Baş qərargahla yanaşı, onun rəisini də dəstəkləyirik. Hökumət artıq öz vəzifələrini yerinə yetirə bilmir. O öz gücünü və imkanlarını iqymətləndirməli və istefa verməlidir. Baş qərargah rəisinin istefası tələbi ordunun ləğvi cəhdidir”, - deyə ehtiyatda olan polkovnik Karen Sarkisyan deyib.

Onun sözlərinə görə, ordu heç bir halda siyasətə qarışmır və və bölgələrdə onlara qoşulmaq istəyən xeyli hərbçi var.

Ehtiyatda olan polkovnik-leytenant Karen Akopyan da Qasparyana dəstək olduğunu bildirib.

Onlar bir neçə saat sonra müxalifətin Baqramyan prospektində başlayacaq mitinqinə qoşulacaqlarını bəyan ediblər.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahı siyasi rəhbərliyin dövləti təhlükəli bir həddə çatdırdığını bildirərək fevralın 25-də Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.



Xəbər 4748 dəfə oxunub.



19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +