Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.03.2021  13:29 

Azərbaycan dili imtahanından 3 əcnəbi keçə bilib





A+  A-

Dövlət İmtahan Mərkəzi xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları haqqında yekun məlumatı açıqlayıb.
XəzərNews.az xəbər verir ki, DİM tərəfindən fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

Bildirilir ki, imtahanlarda 1444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib, 2 nəfər isə imtahandan xaric olunub.

Nəticələrə əsasən, 3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb.

Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25 (35 olduğu halda nəticə 5 il qüvvədə olur), xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.


Xəbər 4271 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +