Bu gün magistraturaya qəbul imtahanı keçirilir
Sumqayıt hadisələrindən 33 il ötür
XİN-dən Ermənistana - Xəbərdarlıq
Saatlı sakini səhvən özünü öldürdü
Fransada etiraz aksiyası
Sarkisyan Paşinyanın qərarını rədd etdi
Yoluxanların və ölənlərin sayı artdı
Həftəsonu yarmarkaları bu ünvanlarda olacaq
“Xocalıya ədalət tələb edirik” - İsrail qəzeti
Türkiyədə ənənəvi təhsil bərpa olunur


22.02.2021  16:22 

“Sədərək”də daha bir ölüm





A+  A-

Fevralın 20-də saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, yanvarın 31-də Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1998-ci il təvəllüdlü Rafət Əşrəfov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdü.

Xəbər 1089 dəfə oxunub.



27.02.2021  21:44 

Bakıda mənzildən meyit tapıldı

27.02.2021  19:45 

Fransada etiraz aksiyası

27.02.2021  18:06 

Martın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +