Bu gün magistraturaya qəbul imtahanı keçirilir
Sumqayıt hadisələrindən 33 il ötür
XİN-dən Ermənistana - Xəbərdarlıq
Saatlı sakini səhvən özünü öldürdü
Fransada etiraz aksiyası
Sarkisyan Paşinyanın qərarını rədd etdi
Yoluxanların və ölənlərin sayı artdı
Həftəsonu yarmarkaları bu ünvanlarda olacaq
“Xocalıya ədalət tələb edirik” - İsrail qəzeti
Türkiyədə ənənəvi təhsil bərpa olunur


22.02.2021  09:32 

Elton xanımına xəyanət etdiyini etiraf etdi





A+  A-

Müğənni Elton Hüseynəliyev xanımı Tamilla Hüseynovaya xəyanət etdiyini etiraf edib.
XəzərNews.az xəbər verir ki, sənətçi bu barədə “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Elton qeyd edib ki, səhv addımına rəğmən xanımı onu bağışlayıb: “Mən yaxşı ata və həyat yoldaşıyam. İstəyirəm ki, hər şey əla olsun. Ailəmə, övladlarıma çox vaxt ayırmamışam, amma bundan sonra başqa cür olacaq. Böyük bir səhv etdim, 1 il ailəmdən uzaqlaşdım. “Kaş ki” dediyim məqamdır. Kaş ki, etməzdim. Düzəltmək üçün gərək onları sevindirəsən. Ailəmlə indi xoşbəxtəm. İndi hər şeyi tam dərk edirəm.

Mənim səhvlərimi başa düşməyimə həyat yoldaşım kömək etdi. Əgər belə olmasaydı, o səhv başqa səhvlərə gətirib çıxarardı. Ona görə deyirlər ki, hər bir uğurlu kişinin arxasında onun xanımı dayanır. Öz həyat yoldaşım Tamillaya təşəkkür edirəm. O, mənə görə çox cəfa çəkib.

Ailədə xəyanəti bağışlamaq olmaz. Həm kişinin, həm də qadının xəyanəti bağışlanılmazdır. Amma xanımım məni bağışladı. Doğmalıq elə bir nemətdir ki, Allah insanı bağışlayırsa, deməli, doğması da onu bağışlayar... Yetər ki, həmin insan etdiyi səhvindən dönə bilsin. Allah bu cür insanları bağışlasın”.

Qeyd edək ki, Elton Tamilla ilə 2006-cı ildə ailə qurub. Cütlüyün bu nikahdan iki qız övladı var.



Xəbər 650 dəfə oxunub.




27.02.2021  21:44 

Bakıda mənzildən meyit tapıldı

27.02.2021  19:45 

Fransada etiraz aksiyası

27.02.2021  18:06 

Martın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +