Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


16.02.2021  21:49 

Təhsil Nazirliyi 1 milyonluq mebel xəbərini təkzib etdi





A+  A-

Təhsil Nazirliyi ötən il nazirliyin aparatı üçün mebel avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender məbləğinə görə gedən müzakirələrə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bir sıra media istifadəçiləri təəssüflər olsun ki, 2020- ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar səsləndirirlər:

“Bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış sualları cavablandırmışıq. Eyni zamanda bu yalan və böhtan xarakterli məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təəssüf doğurur. Bir daha xatırlatmaq istərdik ki, 2020-ci ildə Təhsil Nazirliyinin Aparatının mebel alışı xərcləri 16 109.04 (16 min 109 manat 4 qəpik) təşkil edib”.

Qeyd edək ki, sosial şəbəkələrdə mebel avadanlığının alınması üçün elan edilmiş tenderin 1 milyon manat həcmində olması barədə məlumatlar paylaşılır.



Xəbər 3030 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +