200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.02.2021  11:56 

Samirə “Eurovision”da casus Mata Haridən oxuya bilər





A+  A-

Müğənni Samirə Əfəndinin “Eurovision” mahnı müsabiqəsi üçün namizəd 6 mahnının adı açıqlanıb.
XəzərNews.az xəbər verir ki, sözügedən bəstələr Əfəndinin ifasında “Focus Group”a təqdim edilib, biri qalib seçiləcək.

Bunlar ingilis dilində “Mata Hari”, “Ratata”, “When I’m gone”, “Manifesto”, “Breathing You” və “Owe You Pretty”dir. Mahnılar arasında “When I’m gone” və “Breathing you” ballada stilindədir. Digər dördü isə yüksək templidir.

Məlumatı “İnfe Azerbaijan” ictimaiyyətə təqdim edib.

Bundan əlavə, mahnılar arasında ən diqqətçəkən “Mata Hari”dir. Belə ki, sözügedən bəstə əslən Hindistandan olan rəqqasə, alman kəşfiyyatçı Mata Hari (Marqareta Qertruda Zelle) ilə bağlıdır. O, 50 min fransız əsgərin ölümündə təqsirli hesab edilərək 1917-ci ildə edam olunub. 41 yaşlı Mata ölümündən sonra dünyada “Fransanı məhv edən qadın” adı ilə daha da məşhurlaşıb.

Onun haqqında çoxlu sayda filmlər çəkilib. Həmçinin, o, dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olaraq qalmaqda davam edir.

Xəbər 2666 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +