“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


05.02.2021  14:09 

Ordu Masallıya yeridilərsə, nə baş verər?





A+  A-

Ayrı cür düşünmək olmur - bu, idarəetmə deyil artıq, məqsədli şəkildə qanunları tapdamaqdır. Konkret faktlara istinad edərək xalq və dövlət əmlakının dağıdıldığını deyirsən, amma müvafiq dövlət qurumları bütün bunları görməzdən gəlir – bu, dəhşətdir, aşağıdan-yuxarıya idarəolunmazlıqdır, vətəndaşlara sayğısızlıq, onları məqsədli şəkildə itaətsizliyə təhrik etməkdir.
Diqqət edin, Boradigah qəsəbəsinin (Masallı) “Çaylıq” adlanan ərazisində hektarlarla pay torpağı birbaşa “işğala” məruz qalıb, ətrafındakı meşə zolaqları - hər biri ayrı-ayrılıqda 0,5 km uzunluğunda olan 1-ci və 2-ci “müdafiə xətləri” yox edilmək üzrədir, buradakı Eldar və Küknar şamlarının, Palıd ağaclarının əksəriyyətinin, Qırmızı kitaba adı düşən və milli sərvət kimi qorunmalı olan (el arasında adına Nil deyilən) Azad ağaclarının isə hamısı qırılıb. Vaxtı ilə kənd təsərrüfatının təyinatı üzrə salınmış və ərazidə ekoloji tarazılıq yaradan su hövzələri və ona yaxın ərazilər mənimsənilib... Bunları kimlərin etdikləri də, bunlara kimlərin münbit şərait yaratdıqları da bəlli, amma onlara “durdurun bu vandalizmi” deyən yoxdur. Əlbət ki, olmayacaq. Çünki bu sayaq idarəetmə özü bunu təşviq edir. Bu, qəsəbə bələdiyyəsi və icra nümayəndəsinin biganəliyi, rayon rəhbərliyinin bilavasitə buna şərait yaratması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti regional şöbələrinin və onlara nəzarət edən daha yuxarı instansiyaların yarıtmaz fəaliyyətinin nəticəsidir. Özləri şərait yaradır və məqsədli şəkildə də dövlət əmlakını dağıdırlar. Və şüuraltı belə bir rəy formalaşdırılır ki, cəmiyyət sivil qanunlarla idarə oluna bilməz, olunmamalıdır da.

Ötən ay Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun qolunu qandallayıb saldılar dama – dedilər ki, rüşvət alarkən yaxalanıb. Yaxşı, deyək ki, rüşvət alan təkcə Cəlil həkimmiş və o da keçib qarmağa. Nə olacaq, nə dəyişəcək ki? Heç nə! Sadəcə, Cəlilin yerinə Xəlil gələcək, yəni ad dəyişəcək, yenə olacaq həmən-həmən. Bəlkə də daha betər olacaq. Təbii ki, sistem öz məhvərindən bu rüşvət mexanizminin kökünü dağlamayınca sıravi vətəndaş bu sayaq “təmizləmə” əməliyyatlarının səmimiliyini əsla qəbul etməyəcəkdir. Təkcə, Boradigah qəsəbəsində baş verən vandallığa görə, rayonun sabiq icra başçısı (hazırda Ağcabədiyə başçılıq edən) Rafil Hüseynov, indiki başçı Şahin Məmmədov və digər məsul şəxslər bu işdə birbaşa məsuliyyət daşıyırlar. Müvafiq dövlət qurumları tərəfindən bütün bunların hesabı sorulmalıdır. Amma təəssüf, bunlar hələ ki, baş vermir... Beləcə, insanların inamı sarsılır və ümidsizləşir, “elə belə də davam edəcək” xəyalı ilə dövlətin aşağıdan-yuxarıya bütün idarəetməsinə nifrəti artır.

2017-ci ildə səs yayıldı ki, bəs, “türklər” gəlib qəsəbədə torpaq bölgüsünü yenidən və düzgün şəkildə aparacaq, zəbt olunmuş pay torpaqları aşkarlanaraq ortaya çıxarılacaq və s. “Türklər” gəlməyinə gəldilər, amma nəyi ölçdülər, nəyi biçdilər bilən olmadı. Bilinən o oldu ki, yedilər-içdilər... və getdilər. Təbii ki, heç nə olası deyildi, burada torpağın sinəsinə elə dağ çəkilməyib ki, işlər asanlıqla həllini tapmış olsun. Beləcə, dövlətin bu iş üçün ayırdığı beş milyon manat bir neçə günün içində havaya sovruldu.
İndi yenidən eyni “oyunu” oynamaq eşqinə düşüblər. Bu dəfə büdcədən nə qədər havaya uçuracaqlar, indidən söyləmək çətindir, hər halda onun da qoxusu sonradan çıxar. Qəsəbədə torpaq qalsaydı, o dünyanın gələcək sakinləri özləri üçün ayrılmış yeni məzarlıq yerini məktəblilərə hədiyə etməzdilər. Təsəvvür edin, yeni məktəb binası məzarlıq üçün ayrılmış yerdə inşa edildi...
Düşünürəm ki, ordunu Masallıya yeritməyin tam zamanı yetişib. Boradigah qəsəbəsində zəbt olunmuş yerlərin – torpaqların, meşə təsərrüfatının, su hövzələrinin işğaldan azad edilməsinin başqa yolu qalmayıb. Rayon rəhbərliyi birbaşa olaraq xalq və dövlət əmlakının dağıdılmasına bilavasitə şərait yaradaraq buna yardımçı olduğunu artıq isbatlamış oldu. Onlara edilən çoxsaylı müraciətlərə baxmayaraq, bu ərazidə nəinki qanunsuzluğun qarşısını aldılar, hətta bunun daha geniş vüsət almasına bilavasitə şərait yaratdılar. Ötən il sentyabrın 8-də rayon rəhbərliyi 6-7 nəfərlik heyətlə guya ədaləti bərpa etmək adıyla “Çaylıq” ərazisində əsil “şou” düzənlədilər. Məhz, mənim peşə fəaliyyətimə görə qardaşım oğlunun vəhşicəsinə döyülməsinə həm zəmin yaratdılar, həm də bu acı mənzərəyə şahidlik etdilər. Olay yerində tərtib etdikləri AKT da heç bir işə yaramadı. Bu baxımdan, polisin apardığı təhqiqatı “analoqsuz” hesab etmək olar. Xəsarət yetirən tərəflə zərərçəkən tərəfi eyniləşdirməklə polis bir daha təsdiq etdi ki, bu yerlərdə ədalət meyarı kimlərinsə baxış bucağından kənara keçə bilməz. Hadisədən bir neç gün sonra qardaşımın “Niva” markalı avtomobili evinin qarşısında daş ilə yararsız hala salındı. Eyni qayda ilə rayon rəhbərliyinin gözləri qarşısında qardaşım oğlunun başı daş ilə yarılaraq qanı axıdılmışdı. Polis bu iki olay arasında bağlılığın olub-olmamasını araşdırmaq əvəzinə bir müddət “axtarışlarını” davam etdirdi...

Bütün bu baş verənlər bir daha onu təsdiq edir ki, məcazi mənada olsa da, qalib ordunu Masallıya yeritməyin tam zamanı yetişib. Ayrı yol görünmür...

Vasif Hüseynov



Xəbər 25072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +