Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.02.2021  10:36 

Türkiyədə tələbələrin etiraz aksiyalarında yenə saxlanılanlar var





A+  A-

Ötən gün Kadıköydəki Boğaziçi Universitetindəki hadisələrə dəstək olmaq üçün təşkil edilən etiraz aksiyaları zamanı polislərlə vətəndaşlar arasında qarşıdurma yaranıb. Belə ki, qarşı tərəf hüquq-mühafizə orqanları əməkdaşlarına daş atıblar.
XəzərNews.az xəbər verir ki, İstanbul polisinin məlumatına görə, sözügedən şəxslər polislərə mane olmaq üçün hücumlar edib, zibil qutularını dağıdıb və ətrafa ziyan vurub. Daş atan 8 şübhəlidən 5-i nəzarətə alınıb, 3-nün axtarışı hələ də davam edir.

1 fevralda Boğaziçi Universitetinin Cənubi Kampusunda və ətrafında saxlanılan 51 nəfər isə polis bölməsindəki prosedurlardan sonra Çağlayandaki İstanbul Ədalət Məhkəməsinə gətirilib.

Prokurorluqdakı ifadələri sona çatan şübhəlilərdən 30 nəfəri haqqında həbs, 12-si barədə ev dustaqlığı və 9-u barədə ölkədən çıxma qadağası qərarı verilib.

Qeyd edək ki, İstanbulun Boğaziçi Universitetinin bir sıra tələbələri və digər vətəndaşlar AKP siyasi partiyasının üzvü Prof. Dr. Melih Bulunun sözügedən ali təhsil müəssisəsinə rektor təyin edilməsinə qarşı artıq bir neçə gündür ki, etiraz aksiyaları keçirirlər.

Xəbər 3707 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +