Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.02.2021  10:07 

“Eurovision”la bağlı əsas plan dəyişdi





A+  A-

Avropa Yayım Birliyi (EBU) “Eurovision - 2021” üçün dörd əsas ssenari hazırlasa da, “A” planı ləğv olunub.
XəzərNews.az xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Təşkilatçılar bütün səylərini “B” planına yönəldəcəklər. Ancaq alınan qərar pandemiyanın vəziyyətindən asılı olaraq dəyişə bilər.

“Eurovision”un necə təşkil ediləcəyi ilə bağlı qərar yaxın həftələrdə veriləcək. Lakin yarışmanın icraçı məsləhətçisi Martin Österdahl məsələ ilə bağlı bir açıqlama verərək üç ssenarinin hələ də masada olduğunu söyləyib:

“Yarışmada komanda üzvlərindən sənətçilərədək bütün iştirakçıların təhlükəsizliyi, sağlamlığı bizim prioritetimizdir. Beynəlxalq prosesləri yaxından izləyirik və payızda açıqlanan 3 ssenarini (B, C və D - red.) araşdırmağa və planlaşdırmağa davam edirik”.

Rotterdamda 1,5 metr məsafəyə riayət etmək üçün konsert zalının hazırkı tutumu da əhəmiyyətli dərəcədə azaldılacaq. Yəni, əvvəl müsabiqəni canlı olaraq 25-35 min tamaşaçı izləyirdisə, bu il bu baş tutmayacaq. Bütün bilet alanlar fevral ayında pullarını geri alacaqlar. “Eurovision” tamaşaçıları iştirak edərsə, bilet alıcılarına bir kod veriləcək. Hazırda verilişlərdə neçə izləyicinin olacağını proqnozlaşdırmaq hələ tezdir. Bu barədə qərar ən geci aprelin ortalarına qədər veriləcək.

Ssenari B: Yarışma sosial məsafəli şəkildə keçiriləcək. Beləliklə, “Ahoy Rotterdam” konsert zalında tamaşaçı sayı məhdud olacaq. Tamaşaçılar 0 ilə 80 faiz arasında olacaq. Niderlanda gələcək nümayəndə heyətinin sayı məhdud olacaq və 500 nəfər mətbuat mərkəzində, 1000 nəfər rəqəmsal mühitdə qəbul ediləcək.

Ssenari C: Səyahət məhdudlaşdırılacaq. “Ahoy Rotterdam”da tamaşaçı sayı məhdud olacaq. Tamaşaçılar 0 ilə 80 faiz arasında olacaq. Niderlanda gələ bilməyən nümayəndələr öz ölkələrindəki studiyalarda çıxış edəcəklər. Mətbuat mərkəzi rəqəmsal şəkildə aparılacaq və 1500 nəfər layihəyə cəlb ediləcək.

Ssenari D: “Eurovision” karantində olacaq. Niderland yenidən karantinə alınarsa, yarışma tamaşaçısız keçiriləcək və təmsilçilər “Junior Eurovision”da olduğu kimi öz ölkələrindəki studiyalarda çıxış edəcəklər. Mətbuat mərkəzi rəqəmsal şəkildə aparılacaq və 1500 nəfər layihəyə cəlb olunacaq.

Xəbər 4021 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +