Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.02.2021  20:46 

Rusiya daha 12 Azərbaycan şirkətinə pomidor qadağasını götürdü





A+  A-

Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarət üçün Federal Xidməti (Rosselxoznadzor) daha 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un yaydığı məlumatda bildirilir.

Belə ki, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.

"Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəyə yoluxmaması üçün video yoxlamalar aparır.

Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

“Rosselxoznadzor” pomidor idxalına icazə verdiyi Azərbaycan müəssisələrinin adlarını da açıqlayıb. Bunlar Bakı şəhəri, Sabirabad, Abşeron və Kürdəmir rayonlarında yerləşən müəssisələrdir.

Xəbər 3799 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +