Torilər Consonu nədən yıxdılar?
“Bütün dövlətlər quru sərhədlərini açıb” - Deputat
Qazi özünü niyə yandırıb? - Şikayətlərinə baxılmır...
Ehtiyatda olan hərbiçilərin toplanışı nə ilə bağlıdır?
Proqnozdan artıq yığım... - Qorxuludur
“Yüksəliş“ müsabiqəsində Rusiya izi...
Narkotiklə şərləmə necə olur?
Sabiq icra başçısı ilə bağlı araşdırma başladı... - Şikayət
Afşin Azəri Zaurla duet oxudu - Video
Avropa Məhkəməsi Rafiq Tağı ilə bağlı qərar verdi


02.02.2021  16:10 

Koronavirusla bağlı səsyazısı yayan həkim imiş - DTX video yaydı





A+  A-

Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılıb.
XəzərNews.az DTX-yə istinadən xəbər verir ki, həmin səs yazısı həkim tərəfindən paylaşıldığından, vətəndaşlar arasında vahimə və təşviş doğurmaqla yanaşı, cəmiyyətdə dövlətin koronavirusla mübarizə tədbirlərinə inamsızlığa şərait yaradıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində vətəndaşlar arasında çaşqınlığa və əsassız narahatlığa səbəb olmuş həmin xəbəri paylaşan şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, hazırda koronaviruslu xəstələrin müalicəsi ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş, 1974-cü il təvəllüdlü Məcidova İlahə Telman qızı olduğu müəyyən edilib.

İlahə Məcidova özünün səhv mülahizələrinə əsaslanan səs yazısını paylaşmasından peşman olduğunu, koronavirus pandemiyası ilə əlaqədar indiki həssas bir dönəmdə bu hərəkətinin doğura biləcəyi ağır nəticələr barədə düşünmədiyini etiraf edərək ictimaiyyətdən üzr istəyib.

İlahə Məcidovanın məsuliyyətə cəlb edilməsi məsələsi qanunvericiliyə uyğun qaydada həll olunacaq.

Bir daha sosial media təmsilçiləri və sosial şəbəkə istifadəçilərindən koronavirus epidemiyası ilə bağlı məlumatları bölüşərkən diqqətli olmağı, qeyri-rəsmi və dəqiqləşdirilməmiş xəbərlərin yayılmasına yol verməməyi, yalnız aidiyyəti dövlət qurumlarının məlumatlarına etibar və istinad etməyi xahiş edirik.



Xəbər 2454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2022  19:49 

Torilər Consonu nədən yıxdılar?

07.07.2022  17:15 

40 yeni yoluxma - Son sutkada...

07.07.2022  14:42 

Narkotiklə şərləmə necə olur?


BÜTÜN XƏBƏRLƏR +