Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.02.2021  09:11 

BMT Təhlükəsizlik Şurası təcili iclasa toplaşır





A+  A-

Bu gün BMT Təhlükəsizlik Şurası Myanmadakı vəziyyətlə bağlı təcili iclasa toplaşacaq.
Bu barədə XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir.

İclasın qapalı olacağı və videokonfrans formatında keçiriləcəyi gözlənilir.

Daha əvvəl bir sıra dünya liderləri, o cümlədən Böyük Britaniyanın Baş naziri Boris Conson və Avropa diplomatiyasının rəhbəri Jozep Borrel Myanmadakı vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

Xəbər verildiyi kimi, Myanmanın Dövlət müşaviri Aun San Su Çji, Prezident Vin Myin və digər yüksək vəzifəli məmurlar hərbçilər tərəfindən saxlanılıb.

Myanma hərbi televiziyası ölkədə bir il müddətinə fövqəladə vəziyyətin elan edildiyini bildirib.

Həmçinin məlum olub ki, dövlət çevrilişi nəticəsində ölkədə bütün dövlət hakimiyyəti Myanma Silahlı Qüvvələrinin Baş Komandanı Min Aunq Xlaynın əlinə keçib və vitse-prezident Myint Şve Prezident səlahiyyətlərini icra etməyə başlayıb.



Xəbər 3257 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +