“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


02.02.2021  08:46 

“Türkiyənin yeni bir konstitusiyanı müzakirə etməsinin vaxtı gəlib” - Ərdoğan





A+  A-

“Bəlkə də, Türkiyənin yeni bir konstitusiyanı müzakirə etməsinin vaxtı gəlib”.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində dilə gətirib.

O bildirib ki, Türkiyəyə yeni əsərlər qazandıraraq xidmət etmək, millətin rifahını, hüzurunu, təhlükəsizliyini gücləndirmək və Türkiyənin mənfəətlərini qorumaq üçün gecə-gündüz iş aparırlar:

“Bu günə qədər etdiklərimizlə kifayətlənmədən gələcəyin böyük və güclü Türkiyəsini inşa edirik. Hər sahədə qızğın hazırlıq gedir. Ölkəmizin son 18 ilinin ən böyük üstünlüyü demokratiyada və iqtisadiyyatda fasiləsiz islahatdır.

İllərlə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzüllər, çevrilişlər, qəyyumluq qısqacında bu ölkənin və millətin enerjisini, vaxtını, imkanlarını hədər edənlərin yol açdığı itkiləri bərpa etmək üçün çox çalışdıq”.

“Vəzifəmiz dünyanın və Türkiyənin dəyişən şərtlərinə, millətimizin dəyişən ehtiyaclarına və gözləntilərinə görə yeni islahat gündəmləri formalaşdırmaqdır. Kim artıq bu ölkənin islahata ehtiyacı olmadığını desə, bilinməlidir ki, onun Türkiyədən və dünyadan xəbəri yoxdur”, - Ərdoğan əlavə edib.

Xəbər 2011 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +