Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


01.02.2021  11:07 

Namiq səhnə fəaliyyətini dayandırdığını açıqladı





A+  A-

“Məni efirlərə, müsahibələrə dəvət etmək istəyən insanlar, uzun müddətdir fəaliyyətimi dondurmuşam. Zənglər gəlir, hər kəsə fikrimi izah etmişəm. Həm hər gün müxtəlif verilişlərin prodüserləri, aparıcıları zəng vurur, həm də pərəstişkarlar narahatdır. Bəzən telefona cavab verməyə utanıram, ortada anlaşılmazlıq yaranır. Efirə çıxmamağımın səbəbi nə ulduzluq, nə də tənbəllikdir”.
XəzərNews.az xəbər verir ki, bu barədə tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu instaqram səhifəsində yaydığı açıqlamada bildirib. O, KİV-ə video müraciət edərək bir müddət efirə çıxmayacağını, yaradıcılığını dondurduğunu bildirib:

“Ölkədə müharibə olub, şəhid ailələri qan ağlayır, qazilərimiz, şəhidlərimiz var. Düşünürəm ki, indi mənim də gündəmimdə məşhurluq və yaradıcılıq deyil. Sosial şəbəkələri izləyirəm, görürəm ki, nələr yazırlar. Bəzən özləri əyləncə paylaşır, amma müğənnini qınayırlar. Ümumilikdə, millət haqlıdır. Gündəm sənətçilər deyil. Efirdə görsənənlər məni doğru anlasınlar. Kaş məndə də o güc olardı. Hər kəsin öz düşüncəsi var. Söhbət məndən gedirsə, televiziyada çalışanlarla aramda problem yaranır. Yaradıcılığımı dondurmuşam”.

Xəbər 4148 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +