Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.01.2021  19:24 

Navalnının arvadını yenə tutdular





A+  A-

Bloger və müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bu gün Moskvada razılaşdırılmamış etiraz aksiyasında saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə RT-nin Telegram kanalı məlumat yayıb. İnsidentin detalları açıqlanmır.

​Xatırladaq ki, Yuliya Navalnaya bir həftə əvvəl də qanunsuz aksiyada iştiraka görə həbs edilmişdi. Bir neçə saat sonra onu heç bir protokol tərtib etmədən azadlığa buraxmışdılar.

Bu gün səhərdən Rusiyanın bir neçə şəhərində, o cümlədən paytaxtda Navalnının tərəfdarları etiraz aksiyaları keçirməyə cəhd edirlər. Yerli hakimiyyət nümayəndələri ilə razılaşdırılmamış aksiyalarda artıq yüzlərlə saxlanılan var.

Yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb.

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

Xəbər 3432 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +