Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.01.2021  14:12 

Gizli missiya: Rusiyanın raket sistemi ələ keçirildi





A+  A-

Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemi Liviyadan ABŞ-ın Almaniyadakı hava bazasına aparılıb.
XəzərNews.az Teleqraf.com-a istrinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, ötən il ABŞ tərəfindən ələ keçirilmiş Rusiyanın “Pantsir-S1” sistemi gizli bir tapşırıq üçün Almaniyadakı Amerika hava bazasına göndərilib. Missiya çərçivəsində ABŞ Hava Qüvvələrinə məxsus “C-17 Globemaster” yük təyyarəsinin 2020-ci ilin iyun ayında Tripolinin qərbindəki Zuvara hava limanına endiyi bildirilib.

Qiyamçı Haftar qüvvələrinin nəzarətində olan Vətiyə Hava Bazasında ələ keçirilmiş “Pantsir-S1”-in Almaniyadakı Ramşteyn bazasına aparıldığı iddia edilib.

Məlumata görə, Ramşteynə gətirildikdən sonra “Pantsir-S1”-in taleyinin necə olduğu məlum deyil.

Bir Rusiya rəsmisi nəşrə Moskvanın ABŞ-ın “Pantsir-S1” hava müdafiə sistemini ələ keçirməsindən xəbərdar olduğunu bildirib. Bununla birlikdə, ələ keçirilmiş sistemlə bağlı kəşfiyyat məlumatlarının az olduğu bildirilib.

Xəbər 3888 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +