Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


16.01.2021  14:38 

Niyə məhz, Cəbhə?





A+  A-


Dəfələrlə buna şahid oldum: siyasət meydanını “duman” bürüyəndə bütün cümlə-xəyanətlərin baiskarı kimi, ilk olaraq onlar yada düşür, eninə-uzununa “vəsf” edilir. Dünən də belə idi, bu gün də belədir...

91-ci ilin payızı idi. Az.Tv-nin “Xəbərlər”ində yenicə işə düzəlmişdim. Bir gün axşam tərəfi Baş redaktor Ənvər Qafarlı məni yanına çağırdı. Sədrin 1-ci müavini Rəhim Əliyev də orada idi. Bildirildi ki, təcili olaraq Əhmədliyə gedib, yeni zühur edən “peyğəmbər” Gülzar Şərifovadan geniş müsahibə almalıyam. İlk dəfə idi ki, qadın “peyğəmbər” haqda eşidirdim. Xəbərdən heyrətləndim, “mən bunu bacarmaram, axı, təcrübəsizəm...” deyib, çəkilişdən yayınmaq istəsəm də, nəticəsi olmadı. Hiss etdim ki, qurbanlıq olaraq mən seçilmişəm.

Çəkiliş zamanı aldığım “təlimata” uyğun hərəkət etməli, yəni “peyğəmbər” xanıma “lazımsız”, ən əsası isə fikrini tamamlamamış suallar verməməli idim. Nə isə. Gəlib çatdıq deyilən ünvana. 7 saylı polikilinkanın qarşısındakı 9 mərtəbəli binanın 8-ci mərtəsində olurdu xanım “peyğəmbər”. Binanın qarşısında böyük bir izdiham yaşanırdı. Polislər də adəti üzrə “asayişə” nəzarət edirdilər. Hamı “peyğəmbəri” görmək, onunla canlı ünsiyyətdə olmaq, ondan şəfaət əldə etmək istəyində idilər. Tərslikdən blokun lifti də işləmirdi, bəlkə də onu qəsdən durdurmuşdular ki, “peyğəmbərə” rahatlıqla qovuşmaq mümkün olmasın. Mərtəbələrdəki adamlar isə bir gün əvvəl növbəyə duranlar idi. Aralarında rayonlardan gələnlər də az deyildi.
Bizi “peyğəmbərin” baş naibi (həyat yoldaşı) qarşıladı. Yanında iri cüssəli, qorxunc baxışlı, amma saxta təbəssümlü 4-5 pəzəvəng də var idi. Onlar daha çox canfəşanlıq edirdilər. Kənizlərin olduğu otaqda 15-20 qadın yerdə bardaş qurmuşdu. Növbə ilə “peyğəmbərin” sayəsində necə sağalmalarından (əsasən də xərçəngdən), ondan sonra “əhd” edib ona kəniz olmalarıdan fəxrlə söz açırdılar. Nəhayət, yarım saatdan sonra xanım “peyğəmbər” sağdış-solduşuyla təşrif buyurdu və onun üçün qurulmuş taxtda əyləşdi. Əlindən, ayağından öpmə səhnəsi də bir neçə dəqiqə çəkdi. Tamam qaraya bürünmüşdü, nazik qara tül parçadan hazırlanmış niqabdan üzü aydın sezilməsə də, həm səsindən, həm də bilənginin azacıq açıq qalan nahiyəsindən cavan və gözəl xanım təəssüratı yaradırdı.

Müsahibim hazırlıqlı adam təsiri bağışlayırdı, görünür, onu “ümmətə” açılım gününə yaxşı hazırlamışdılar. İxtilafın şirin vədəsində xanım “peyğəmbərə” qəfil “vəhy” nazil oldu: bəyan etdi ki, Xalq Cəbhəsi təcili olaraq bağlanmalıdır. Əks halda, bizi böyük qırğınlar gözləyir. Bu məqamda özüm də bilmədən qeyri-ixtiyari “təlimatdan” kənara çıxdım və buna əsaslı şəkildə aydınlıq gətirməsini israr etdim... Artıq, bu qəfil “zühurun” hansı zərurətdən ortaya çıxdığı mənə aydın olmuşdu.
Biz geri dönəndə “peyğəmbərin” hücrəsindən verilən “azan” səsi az qala qulağımızı batıracaqdı: “Əşhədü ənnə ilahə illəllah, əşhədü ənnə Gülzarən rəsulullah...”.
Montaj otağında “peyğəmbərin” ən vacib tarixi “kəlamını” heç cür montaj edə bilmirdilər... Rəhim Əliyev o qədər əsəbləşmişdi ki, bəlkə də imkanı olsaydı əlləri ilə məni boğub öldürərdi.

– Sən bütün planları alt-üst etdin, sabahdan əmrin veriləcək..., bir daha səni görmək istəmirəm. Sonra üzünü Ənvar Qafarlıya tutaraq: - bir təhər verin getsin efirə..., - dedi və elə o sayaq da, yəni alayarımçıq efirə verildi.
İşdən çıxarılacağımdan yana əsla rahatsız deyildim. Hətta, içimdəki məmnunluq hissi mənə bir ayrı cür rahatlıq verirdi, özüm də bilmədən Gülzar Şərifovanın “peyğəmbərliyini” faş etmişdim...
Məhz, o zaman tv-də böyük nüfuza malik olan mərhum Alı Mustafayevin müdaxiləsi nəticəsində işdən çıxarılmağım mümkün olmadı. (Elə onun sayəsində də Az.Tv-yə işə düzəlmişdim. Ruhu şad olsun).
İki gün sonra təsadüfən Rəhim Əliyevlə dəhlizdə qarşılaşdıq. Yayınmaq istədim, alınmadı.
– Düzünü de, olmaya sən də cəbhəçisən?- dedi.
– Xeyir,- dedim. Əslində, həqiqəti dedim, amma icimdə alovlu bir Cəbhə yanğısının olduğunu dilə gətirməkdən ehtiyat etdim.
Az keçmədi, Cəbhə hakimiyyətə gəldi. Azadlıq yelləri qəlbə sanki bir məlhəm idi... Mən, ən “yağlı” şöbəyə müdir təyin edildim. Alim Qasımovun sözü olmasın, əlimə o qədər qızıl balıqlar düşdü ki, Xaliq Bahadır, Tahir Abbaslı kimi cəbhəçilərdən həya etdim və həmin o balıqları öz əlimlə təkrar suya buraxdım, bu, özümə də ləzzət elədi. 93-cü ilin avqustunda isə öz istəyimlə oranı tərk etdim - Havasızlığa dözə bilməyəcəyimə əmin idim... Və bundan heç zaman peşman olmadım.

P.S. Çəkilişin səhəri günü “Tövbə”li Hacı Əbdül tapança ilə Az.Tv-nin binasında “Allahu-Əkbər” deyə-deyə məni axtarırdı. Onun mənimlə haqq-hesab çəkmək istəməsinin dini təəssübkeşlikdən qaynaqlandığını, yaxud da “planın” tərkib hissəsinə aid olduğunu deyə bilmərəm. Əgər, Alı Mustafayevin zamanında müdaxiləsi olmasaydı, hər halda atəş havaya açılmayacaqdı... Onu bir təhər başa saldı ki, bu çəkiliş nə sıravi bir redaktorun, nə də televiziya rəhbərliyinin istəyilə baş tutmayıb, bu, sifariş ən “yuxarılardan” gəlib... Həmin o “yuxarılardan” ki, Hacı Əbdülün özü də onun qatı müdafiəçilərindən biri idi.

Xalq Biliciləri və Ekstrasensləri İttifaqının prezidenti mərhum Etibar Erkin isə ömrünün sonuna kimi mənimlə küsülü qaldı. Onu inandıra bilmədim ki, bilmədim...

Vasif Hüseynov

Xəbər 8826 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +