“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.01.2021  11:09 

“Koronavirus Çinin laboratoriyasında yaranıb“ - ABŞ dövlət katibi





A+  A-

ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edən informasiyanı paylaşıb.
XəzərNews.az xəbər verir ki, bu barədə onun ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında bildirilir.

"Bu həftə Çinə gəlmiş Ümumdünya Səhiyyə Təşkilatının araşdırma qrupunun əhəmiyyətli işinə kömək etmək üçün Birləşmiş Ştatlar hökuməti bu gün 2019-cu ildə Çinin hökumət laboratoriyalarının fəaliyyəti haqqında yeni informasiyanı bölüşür", - bəyanatda deyilir.

Pompeonun sözlərinə görə, hələ 2019-cu ilin yayında Uhanın Virusologiya İnstitutunun bir neçə əməkdaşı koronavirusa oxşar nəyəsə yoluxub.

Həmçinin dövlət katibi bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynidir.

Pandemiyanın başlanğıcından dünyada COVID-19-a 94 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 67 milyon pasiyent sağalıb, 2 milyondan çox insan ölüb.

Xəbər 1993 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +