“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


15.01.2021  19:17 

Niderland hökuməti istefa verdi





A+  A-

Hollandiyanın Baş naziri Mark Rutte və onun hökuməti uşaq pulu ilə bağlı qalmaqala görə istefaya gedib.
XəzərNews.az xəbər verir ki, bu barədə Niderlandın “NOS” telekanalı məlumat yayıb. Bildirilib ki, qərar uşaq pulu ilə bağlı ictimai qalmaqalla əlaqədar qəbul edilib. Belə ki, parlament komitəsi 2020-ci il dekabrın ortalarında ən azı doqquz min ailənin uşaq pulu sistemindən sui-istifadə etməkdə haqsız yerə günahlandırıldığını göstərən bir araşdırmanın nəticələrini açıqlayıb.

Məlum olub ki, aldıqları vəsaiti dövlətə geri qaytarmaq əmri verildikdən sonra yüzlərlə ailənin maddi vəziyyəti ağırlaşıb.

Yaxın saatlarda Baş Nazir Ruttenin Hollandiya Kralı Villem-Aleksandra müvafiq istefa ərizə təqdim edəcəyi gözlənilir.

Xəbər 1770 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +